Osteoporoz - sümük strukturunun pozulması ilə müşayiət olunan proqressivləşən, metabolik sümük xəstəliyidir. Bu xəstəlik sümük kütləsinin və möhkəmliyinin azalması, kövrəkliyinin artması ilə xarakterizə olunur. Xəstəlik əksər halda simptomsuz olur və tez-tez yalnız mil sümüyü, bud sümüyü boynunun və ya fəqərə cisimlərinin kompression sınıqlarından sonra aşkar edilir. Sümüklərin sağlamlığını qorumaq və osteoporozun fəsadlarının qarşısını almaq üçün xəstəliyin erkən diaqnostikası ilə yanaşı, səbəbinin müəyyən edilməsi və müalicəsi böyük əhəmiyyət kəsb edir.
Azmedinfo.az-a verilən məlumata görə, osteoporozun diaqnostika və stasionar müalicəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınıb.
Osteoporozun vaxtında diaqnostika və müalicəsi sümüklərin kövrəkləşməsinin qarşısını almaq, sınıq riskini azaltmaq üçün vacibdir. Diaqnostika üçün qanda kalsium, fosfor, D3 vitamini, parathormonun səviyyəsi təyin olunur, rentgen müayinəsi, sümüklərin mineral sıxlığının ölçülməsi üçün densitometriya, kompüter tomoqrafiyası (KT) kimi müayinə üsullarından istifadə edilir.
Osteoporozun müalicəsi zamanı kalsium və D vitamini preparatlarının istifadəsi, fizioterapiya və lazım gəldikdə cərrahi müdaxilələr tətbiq olunur. Tibbi göstərişə əsasən cərrahi əməliyyatlar da daxil olmaqla, xəstəliyin müayinə və stasionar terapevtik müalicəsi icbari tibbi sığorta vəsaiti hesabına qarşılanır.
Bu tibbi xidmətlər ixtisaslı həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında icra olunur.
Osteoporoz xəstəliyi əsasən yaşı 50-dən yuxarı insanlarda müşahidə olunur. Ancaq metabolizmin pozulması, qalxanabənzər və qalxanabənzər ətraf vəzilərin funksiyalarının pozulması zamanı gənc yaşda olan insanlarda da bu xəstəliyə rast gəlinə bilər.
Xəstəliyin risk faktorlarına genetik meyillilik, valideynlərdən birində osteoporoz səbəbi ilə bud-çanaq sınığının olması, qadınlarda menopauzadan sonra hormonal dəyişikliklər, amenoreya (menstruasiyanın uzun müddət olmaması) və kişilərdə testosteron çatışmazlığı daxildir.
Eyni zamanda, aşağı çəki, anoreksiya, qida rasionunda kalsium, fosfor, maqnezium və D vitamininin kifayət qədər qəbul olunmaması, həzm pozğunluqları, revmatoid artrit, xroniki obstruktiv ağciyər xəstəliyi, böyrək çatışmazlığı kimi xroniki xəstəliklər də risk yaradır.
Bundan əlavə, bəzi dərmanların (artrit və astma kimi xəstəliklərin müalicəsi üçün uzunmüddətli steroid, qıcolma əleyhinə və digər preparatların) qəbulu alkoqollu içkilərin və tütün məhsullarının həddindən artıq istifadəsi osteoporoz riskini artıran digər mühüm amillərdəndir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261106
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026904
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026794
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026762
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654