“mygov” platformasında vətəndaşların tibbi məlumatlara çıxışı imkanları genişləndirilib.
Azmmedinfo.az yazır ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) açıqlamam edib.
Məlumata əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) birgə təşəbbüsü ilə bir sıra yeni tibbi məlumatlar platformaya inteqrasiya olunub. Artıq vətəndaşlar “mygov” platformasının “Tibb məlumatlarım” bölməsi vasitəsilə aşağıdakı tibbi məlumatlara rahatlıqla baxa bilərlər:
- Sağlamlıq haqqında tibbi arayış
- Sürücülük vəsiqəsi almaq üçün tibbi arayış
Bununla yanaşı, elektron xəstəlik vərəqələri üzrə məlumatlar da “mygov” platformasına inteqrasiya olunub. İRİA ilə Səhiyyə Nazirliyinin birgə əməkdaşlığı nəticəsində həyata keçirilmiş bu inteqrasiya sayəsində vətəndaşlar “Tibb məlumatlarım” bölməsində “Elektron xəstəlik vərəqələri məlumatları” alt bölməsinə daxil olaraq sənədlə tanış ola bilirlər.
Digər bir yenilik isə əlillik ilə bağlı məlumatlara rəqəmsal çıxış imkanının yaradılmasıdır. Bu məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində platformaya əlavə olunub. İndi istifadəçilər “Əmək və maliyyə məlumatlarım” bölməsində “Əlillik barədə məlumatım” alt bölməsinə daxil olaraq müvafiq məlumatları rahat şəkildə izləyə bilirlər.
Qeyd edək ki, dövlət qurumları ilə güclü əməkdaşlığın və koordinasiyanın nəticəsi olaraq həyata keçirilən bu yeniliklər vətəndaşlara zəruri məlumatlara daha rahat, mərkəzləşdirilmiş və çevik çıxış imkanı yaradır.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261106
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026794
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026762
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654