Ölkə ərazisində tibbi tullantıların idarə olunması sahəsində məlumatlılığın artırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları tərəfindən həyata keçirilən ardıcıl maarifləndirici tədbirlər davam etdirilir. Bu çərçivədə növbəti görüşlər Sumqayıt şəhər 1 nömrəli xəstəxanada, eləcə də Ağsu və Kürdəmir rayon mərkəzi xəstəxanalarında keçirilib.
Azmedinfo.az xəbər verir ki, tədbirlər zamanı səhiyyə müəssisələrinin rəhbər şəxsləri, tibb heyəti və təsərrüfat sahəsində çalışan müvafiq əməkdaşlarla birgə tibbi tullantıların idarə olunmasında mövcud çətinliklər, normativ hüquqi tələblər və onların praktik tətbiqi imkanları ətrafında geniş müzakirələr aparılıb. İştirakçılara tibbi tullantıların düzgün çeşidlənməsi, təhlükəlilik səviyyəsinə görə ayrı-ayrı kateqoriyalara bölünməsi və zərərsizləşdirilməsi üçün beynəlxalq standartlara uyğun metodların tətbiqinin vacibliyi çatdırılıb.
Bildirilib ki, düzgün idarə olunmayan tibbi tullantılar yalnız ətraf mühitə deyil, həm də ictimai sağlamlığa ciddi təhdid yaradır. Bu baxımdan xəstəxanaların sanitar-gigiyenik təhlükəsizliyi və ekoloji məsuliyyəti arasında birbaşa əlaqə olduğu vurğulanıb. Görüş zamanı həmçinin tibbi tullantıların toplanması, daşınması və məhv edilməsi proseslərində istifadə edilən avadanlıqlar, dezinfeksiya vasitələri və müasir texnologiyalar barədə əyani məlumatlar da təqdim olunub.
Maarifləndirici sessiyalar qarşılıqlı fikir mübadiləsi, praktiki təkliflərin irəli sürülməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından səmərəli olub.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261106
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026904
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026794
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026762
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654