Qazaxıstanın Astana şəhəri, 7-9 iyul 2025-ci il tarixlərində tənəffüs xəstəliklərinin müalicəsi və reabilitasiyasında inqilabi addımlara ev sahibliyi edən əlamətdar bir tədbirə şahidlik etdi. "Bark Technology" LLP tərəfindən təşkil edilən "VibroLUNG - özəl vibroakustik cihazının Təqdimatı" adlı bu mühüm platformada Azərbaycan səhiyyəsinin aparıcı simaları da iştirak edərək, ölkəmizin bu sahədəki beynəlxalq əməkdaşlığa və innovasiyalara açıq mövqeyini bir daha nümayiş etdirdilər.
Azmedinfo.az xəbər verir ki, tədbirdə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, tibb elmləri doktoru İradə Axundovanın iştirakı xüsusi əhəmiyyət kəsb edirdi. Məhz İradə xanım Axundovanın peşəkar rəhbərliyi və müasir tibbi yanaşmalara olan sonsuz marağı sayəsində, Azərbaycanın tənəffüs xəstəlikləri ilə mübarizədə qabaqcıl beynəlxalq təcrübələrdən faydalanmaq imkanları genişlənir.
İradə Axundova, daima elmi yenilikləri təqib edərək, institutun fəaliyyətini dünya standartlarına çatdırmaq üçün yorulmadan çalışır və bu cür beynəlxalq tədbirlərdə iştirakı ilə Azərbaycan tibb elmini layiqincə təmsil edir. Onun bu addımı, həm Azərbaycan səhiyyəsinin beynəlxalq arenadakı nüfuzunu artırır, həm də ölkəmizdə tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən pasiyentlər üçün yeni müalicə üfüqləri açır.
Tədbirdə, həmçinin, Səhiyyə Nazirliyi Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm və Tənəffüs Orqanlarının Xəstəlikləri Sanatoriyasının direktoru Rəşid Bədəlov və Akademik M.A. Topçubaşova adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf Ağayev də iştirak edərək, öz sahələrindəki dəyərli təcrübələrini bölüşdülər və "VibroLUNG" cihazının tənəffüs orqanlarının reabilitasiyasında oynaya biləcəyi rolu araşdırdılar.
"VibroLUNG" cihazının təqdimatı, tənəffüs yollarının xəstəliklərinin müalicəsində yeni bir erasın başlanğıcı ola bilər. Azərbaycan nümayəndə heyətinin bu cür əhəmiyyətli bir tədbirdə iştirakı, ölkəmizin səhiyyə sisteminin inkişafına və pasiyentlərə daha effektiv müalicə üsullarının təqdim olunmasına olan sadiqliyini bir daha təsdiqləyir. Bu, beynəlxalq əməkdaşlığın tibb elmində necə mühüm rol oynadığının və gələcəyin sağlamlıq standartlarını necə formalaşdırdığının əyani sübutudur.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654