Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu olaraq əsas məqsədimiz körpə və uşaqların sağlamlığının yüksək səviyyədə qorunması, həmçinin müasir tibbi texnologiyaların tətbiqidir.
Azmedinfo.az xəbər verir ki, bu istiqamətdə institutda bir sıra yenilənmiş diaqnostik xidmətlər uğurla həyata keçirilir.
Müasir diaqnostik imkanlar
Bronxoskopiya:
Xroniki öskürək, yad cismin nəfəs yollarına daxil olması, bronxit, bronxial anomaliyalar və digər tənəffüs problemlərinin diaqnozu məqsədilə institutda bronxoskopik müayinələr aparılır.
Qastroskopiya və kolonoskopiya:
Uşaqlarda mədə, onikibarmaq və yoğun bağırsaq xəstəliklərinin erkən aşkarlanması üçün endoskopik müayinələr xüsusi şəraitdə və tam təchiz olunmuş otaqlarda, təcrübəli qastroenteroloq və anestezioloqlar tərəfindən həyata keçirilir.
Kompüter Tomoqrafiyası (KT):
Yüksək texnologiyalı KT cihazı uşaqlarda daxili orqan və sistemlərin strukturunu detallı və sürətli şəkildə dəyərləndirməyə imkan verir.
KT aşağıdakı hallarda istifadə olunur:
Baş beyin, kəllə sümükləri və burunətrafı ciblərin müayinəsi
Qarın boşluğu orqanlarının patologiyalarının aşkarlanması
Döş qəfəsi və onurğa sütununun xəstəliklərinin diaqnostikası
Sümük və oynaqların zədələnmələrinin qiymətləndirilməsi
Travmatik zədələnmələrin aşkarlanması
Bu müayinələr sayəsində:
Diaqnozların dəqiqliyi artır
Xəstəliklər erkən mərhələdə müəyyən edilir
Müalicə daha düzgün planlaşdırılır
Yeni nəsil ultrasəs cihazı:
İnstitutun avadanlıq parkına daxil edilən ekspert sinifli, notebook formatlı ultrasəs cihazı ilə körpələrin ürək, qarın boşluğu, beyindaxili və digər orqanları yüksək dəqiqliklə müayinə olunur.
Dörd fərqli ötürücüsü ilə cihaz xüsusilə yenidoğulmuşlar və azyaşlı uşaqlar üçün nəzərdə tutulub və müayinələr birbaşa xəstə çarpayısı yanında aparılır.
Laboratoriya imkanları
İnstitutun laboratoriya şöbəsində aşağıdakı istiqamətlər üzrə müayinələr icra olunur:
Biokimyəvi müayinələr – 37 adda
Hormon müayinələri – 7 adda
Klinik müayinələr – 9 adda
İnfeksion xəstəliklərə dair testlər – 16 adda
Koaquloqram testləri – 8 adda
Qanın ümumi analizi – 22 parametr üzrə
Qan qazları analizi – 34 parametr üzrə
Texnologiyalar yenilənir, lakin məqsədimiz dəyişmir!
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261106
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026904
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026794
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026762
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654