Mütəxəssislər göbələklərin qida dəyəri ilə zəngin olmasına baxmayaraq, onlardan diqqətsiz istifadə etdikdə qaraciyər və böyrək çatışmazlığı kimi ölümcül nəticələrə səbəb ola biləcəyi qənaətindədirlər.
Azmedinfo.az xəbər verir ki, xüsusən yaz və payız aylarında yağan yağışlardan sonra təbiətdə bitən göbələklərin çoxalması və istehlakının artması səbəbindən zəhərlənmə hallarında artım müşahidə olunur.
Mütəxəssislərin vurğuladığı kimi, təbiətdə tapılan 10 mindən çox göbələk növündən yalnız bir neçəsi yeməlidir.
Göbələk zəhərlənməsi ilə təcili tibbi yardıma müraciət edən şəxslərdə bəzən sadə qida zəhərlənməsi əlamətləri müşahidə edilsə də, vəziyyətin çox ciddi olması da mümkündür.
Zəhərli göbələklərin təsiri adətən 2-6 saat ərzində başlasa da, bəzi göbələk növlərinin səbəb olduğu zəhərlənmə halları özünü 72 saat və ya daha uzun müddət sonra hiss etdirir.
Xəstələr adətən ilkin mərhələdə başgicəllənmə, aşağı qan təzyiqi, bulanıq görmə, üzün qızarması, ağızda metal dadı, ürəkbulanma, qusma və tərləmə şikayətləri ilə təcili yardıma müraciət edirlər.
Qaraciyər və böyrəklərə toksik təsiri olan göbələklərin yaratdığı simptomlar daha genişmiqyaslı və ağır ola bilər. Belə ki, qaraciyər çatışmazlığı olan insanlarda sarılıq, şüurun bulanıqlığı, qarın şişməsi və şiddətli qusma nəzərə çarpır. Böyrək çatışmazlığı halında sidik ifrazının azalması ən vacib əlamətlərdən biridir.Böyrək və ya qaraciyər çatışmazlığının inkişaf etdiyi hallarda ürək də təsirlənir və xəstələrdə aşağı təzyiq, ürək döyüntüsü və sinədə ağrı müşahidə edilir. Xəstədə ürək-damar xəstəliyi varsa, bu zəhərlənmə infarkt keçirməyə də səbəb ola bilər.
Göbələkdən zəhərlənən şəxsə ilkin tibbi yardım necə olmalıdır?
Bildiyimiz kimi, heç bir zəhərli göbələyin əleyhinə zərdab yoxdur. Xəstələrin əvvəlcə tənəffüsünü nəzarətdə saxlamaq, qan təzyiqini və ürək döyüntüsünü tənzimləmək üçün damar yolunu açaraq maye vurulmalıdır. Daha sonra xəstə gecikmədən yaxınlıqda yerləşən tibb müəssisələrindən birinə aparılmalıdır.
Yeyilən göbələkdən nümunə verilməsi sayəsində onun növü qısa zamanda müəyyən edilib gecikmədən uyğun müalicəyə başlanmasına kömək edir.
Yüksək lif və qida dəyəri olan göbələklər xüsusilə B1, B2, B3 və D vitaminləri ilə yanaşı, kalsium, kalium və selenium kimi minerallarla da zəngindir. Lakin aşağı kalorilidirlər. Belə ki, 100 qram göbələkdə təxminən 20 kalori, 3 qram protein və 1 qram lif vardır.
Göbələyin düzgün hazırlanması və istifadə qaydalarına əməl edilməsi də mühüm əhəmiyyət kəsb edir. Mütəxəssislər qeyd edirlər ki, göbələyi yuyulduqdan dərhal sonra bişirmək və uzun müddət nəm saxlamamaq lazımdır.
Marketdən qablaşdırılmış göbələk alarkən xüsusilə son istifadə tarixinə baxmaq lazımdır. İstehsalçının adı və istehsal yeri etiketdə yoxlanılmalıdır. Bundan əlavə, fiziki müayinə lazımdır, yəni göbələyin rəngini, iyini, hər hansı bir qaralmasını və sürüşkən örtüyünün olub-olmadığını yoxlamaq lazımdır. Pis qoxu və ya qaralma müşahidə olunduğu təqdirdə, qəti şəkildə istehlak edilməməlidir. Həmçinin qablaşdırma şişirsə, bu, içəridə zərərli bakteriyaların artdığını göstərir. Bu göbələklər alınmamalı və istehlak edilməməlidir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261106
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026904
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026794
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026762
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654