Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
23 Aprel 2026, Cümə axşamı, 15:45
Əlaqə vasitələri
Bizimlə əlaqə
Kardioloji biomarkerlər  - Erkən diaqnostika və riskin azaldılmasına müasir yanaşma  
14 İyul 2025
364
Kardioloji biomarkerlər  - Erkən diaqnostika və riskin azaldılmasına müasir yanaşma  

 

Azərbaycan Tibb Universitetinin (ATU) Rezidentura və Magistratura şöbəsi Tədris Cərrahiyyə Klinikası ilə birgə “Kardioloji biomarkerlərin klinik əhəmiyyəti: ürək-damar xəstəliklərinin erkən diaqnostikası və proqnozlaşdırılmasında müasir yanaşmalar” mövzusunda seminar təşkil edib.

 

Azmnedionfo.az xəbər verir ki, seminarın moderatoru və təşkilatçısı, Rezidentura və Magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov çıxışında seminarın məqsəd və əhəmiyyətindən bəhs edərək bildirib ki, kardioloji biomarkerlərin istifadəsi klinik qərarların dəqiqliyini artırır, spesifik müalicəyə yönəlməni sürətləndirir, bu da öz növbəsində xəstəliklərin ağırlaşma riskini və yanlış diaqnostika ehtimalını azaldır.

 

Klinik Diaqnostik Laboratoriyanın müdiri Leyla Həşimova qeyd edib ki, biomarkerlərin klinik dəyəri yalnız laborator texnologiyalarla deyil, klinisist və laborator mütəxəssislər arasında effektiv əməkdaşlıqla müəyyən olunur. Onların düzgün interpretasiyası yalnız nəticələrə deyil, həm də klinik kontekstə əsaslanmalıdır.

 

II kurs həkim-rezident Aytən Abasova təqdimatında biomarkerlərin ürək-damar xəstəliklərinin erkən aşkarlanması və riskin qiymətləndirilməsində rolunu ətraflı izah edib. O, müasir diaqnostik üsullar, biomarkerlərin fərdi yanaşma və risk əsaslı qərarvermədəki rolu, spesifiklik və həssaslıq fərqləri barədə danışıb.

 

Seminarın sonunda iştirakçılar üçün hazırlanmış situasiya məsələsi üzərində klinik ssenari əsasında biomarkerlərin praktiki interpretasiyası üzrə müzakirə aparılıb.

 
 
 
Ən çox oxunanlar