Ölümdən sonra orqan donorluğu – insanın fiziki varlığı sona çatsa da, yaşatmaq gücünün davam etməsi deməkdir. Bu, insanlığın ən ülvi ifadələrindən biridir. Belə bir böyük fədakarlığın sayəsində yenidən həyata qovuşanlardan biri də Kamal Qəmbərovdur.
Azmedinfo.az Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin təqdim etdiyi həyat qurtaran hekayələri izləyiciləri ilə paylaşır:
Hər şey səhhətindəki kiçik narahatlıqlarla başladı. Əvvəlcə halsızlıq, yorğunluq və bədəndə şişkinlik müşahidə olundu. Simptomlar şiddətləndikcə Kamal həkimə müraciət etdi. Geniş laborator müayinələr, müalicə cəhdləri aparılsa da, vəziyyət sabitləşmədi. Kreatinin səviyyəsi normal həddə düşmürdü. Nəticədə Kamala hemodializ müalicəsi təyin olundu. Bu prosedur bir müddət kömək etsə də, aydın oldu ki, onun yaşaması üçün böyrək köçürülməsi vacibdir.
Kamal Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət etdi və gözləmə siyahısına daxil edildi. Ümidin heç vaxt itmədiyi bir anda telefon zəngi gəldi — meyit donorun böyrəklərindən biri Kamala uyğun gəlmişdi.
Kamal Gömrük Hospitalında peşəkar həkim briqadasının nəzarətinə götürüldü. Cərrah Mircəlal həkimin rəhbərliyi ilə həyata keçirilən böyrək transplantasiyası uğurla başa çatdı. Bu, bir nəfərin həyatdan köçdükdən sonra bir başqasına həyat bağışlamasının gerçək hekayəsidir.
Hazırda Kamalın səhhəti stabildir. O, yeni həyatını qorumağa sadiqdir: “Əməliyyatdan sonra siqaretdən və digər zərərli vərdişlərdən imtina etmişəm. Yağlı və duzlu yeməklərdən uzaq dururam. Sağlam həyat tərzi sürürəm.”
Bu yaşantı Kamal üçün yalnız fiziki sağalma deyil, eyni zamanda mənəvi oyanışa çevrilib.
“Donorun ruhuna hər gün rəhmət oxuyuram. O, təkcə mənim deyil, bir neçə insanın həyatını xilas edib. Elə mən də vəsiyyət etmişəm ki, əgər bir gün dünyamı dəyişsəm, orqanlarım başqasına həyat olsun. Çünki bu, həyatın ən mənalı payıdır.”
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261106
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026904
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026794
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026762
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654