Yay mövsümündə dəniz, çay və hovuzlarda çimmək istəyənlər üçün təhlükəsizlik qaydalarına əməl etmək həyati əhəmiyyət daşıyır. Təəssüf ki, ehtiyatsız davranışlar, xüsusən də nəzarətsiz sularda çimmək boğulma hallarına səbəb ola bilər. Ancaq vaxtında və düzgün göstərilən ilkin tibbi yardım bir insanın həyatını xilas edə bilər.
Azmedinfo.az suda boğulma zamanı ilkin yardımla bağlı mütəxəssislərin rəyinə əsaslanan tövsiyələri izləyiciləri ilə paylaşır:
1. Təhlükəsiz şəkildə sudan çıxarmaq:
Boğulan şəxsi gördükdə ilk növbədə öz təhlükəsizliyinizi nəzərə alın. Onu sudan çıxarmaq üçün xilasedici vasitələrdən istifadə edin. Özünüz üzməyi yaxşı bacarmırsınızsa, suya girməyin.
2. Şüur və tənəffüsün yoxlanması:
Şəxsi sudan çıxardıqdan sonra onun şüurlu olub-olmadığını və nəfəs alıb-almadığını yoxlayın. Nəfəs almırsa, dərhal süni tənəffüsə və ürək masajına başlayın.
3. Süni tənəffüs və ürək masajı:
Şəxsi arxası üstə yerə uzadın. Ağız və burnu təmizləyin, başını arxaya əyin, çənəsini qaldırın.
2 dəfə ağızdan nəfəs verin, sonra 30 dəfə sinə kompressiyası tətbiq edin.
Bu prosesi təcili yardım gələnə qədər və ya nəfəs bərpa olunana qədər davam etdirin.
4. Qusmanın qarşısını almaq:
Əgər şəxs nəfəs almağa başlayıbsa, onu yana çevirin ki, qusma tənəffüs yollarına düşməsin.
5. Təcili tibbi yardım çağırmaq:
Yuxarıdakı addımlarla yanaşı, dərhal 103 xidmətinə zəng vurun və ətraflı məlumat verin.
Boğulma hallarının əksəriyyəti laqeydlik və ehtiyatsızlıq səbəbilə baş verir. Çimərkən hava şəraitini, suyun dərinliyini və xilasedici xidmətin olub-olmamasını nəzərə alın. Uşaqları isə nəzarətsiz buraxmayın.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261106
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026904
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026794
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026762
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654