Bel və omba, həmçinin bel və boy nisbəti insanın fiziki vəziyyəti haqqında mühüm məlumat verir. Bu göstəricilərin qeyri-normal olması ürək xəstəlikləri və hərəkət məhdudiyyəti riskini artırır.
Azmedinfo.az “Aging” jurnalında dərc olunan tədiqata diqqət çəkib.
İtaliyanın A. Gemelli Universitet Klinikasının tədqiqatçıları bu nisbətlərin fiziki qabiliyyəti proqnozlaşdırmaq üçün nə dərəcədə faydalı ola biləcəyini araşdırıblar.
Araşdırmaya 18-98 yaş arası 10 690 italyan vətəndaşı cəlb olunub. İştirakçılardan bel və omba, bel və boy nisbəti ölçülüb və hərəkətliliyi qiymətləndirmək üçün beş dəfə ardıcıl stuldan qalxma testi aparılıb.
Nəticələr göstərib ki, bel-omba və bel-boy nisbəti yüksək olan şəxslər testi daha gec tamamlayıblar. Bu isə onların fiziki fəaliyyətinin zəiflədiyinə işarədir. Əldə olunan nəticələr həyat tərzi faktorları – qidalanma, idman və ürək sağlamlığı – nəzərə alındıqdan sonra da qüvvədə qalıb.
Xüsusilə bel-boy nisbəti bütün yaş və cins qruplarında hərəkətliliyin sabit göstəricisi kimi seçilib. Normadan kənar göstəricilər daha çox kişilərdə qeydə alınıb.
Beləliklə, qarın piyinin təkcə xroniki xəstəliklərin deyil, həm də azalmış hərəkət qabiliyyətinin göstəricisi olduğu aydınlaşıb. Fiziki aktivliyi qorumaq və yaşla əlaqəli hərəkət itkisini önləmək üçün balanslı qidalanma və müntəzəm, xüsusilə güc və elastiklik məşqləri tövsiyə olunur.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261106
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026904
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026794
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026762
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654