Meningit baş beyin və onurğa beyni qişalarının iltihabi xəstəliyidir. İltihabın meydana gəlməsinin bir çox səbəbi var. Bu səbəblər iki böyük qrupa bölünür: infeksion və qeyri infeksion.
Azmedinfo.az-a verilən məlumata görə, meningitin diaqnostika və stasionar müalicəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınıb. Bu xidmətlərə xəstəliyin diaqnozunun qoyulması, fərdi müalicə planının hazırlanması və stasionar şəraitdə tibbi yardım daxildir. 2024-cü il ərzində meningitin stasionar müalicəsi ilə bağlı icbari tibbi sığorta hesabına 100-dən çox tibbi xidmət göstərilib.
Meningitin dəqiq diaqnostikası üçün bir sıra laborator və instrumental müayinələr aparılır. Bu müayinələrə onurğa beyni mayesinin müayinəsi (lumbal punksiya), qanın ümumi və biokimyəvi analizi, C-reaktiv zülal və prokalsitonin testləri, elektrolit və qlükoza səviyyəsinin təyini, eləcə də infeksiyanın müəyyən edilməsi üçün mikrobioloji və seroloji testlər, beyinin KT, MRT və kontrastlı MRT müayinələri, yenidoğulmuşlar və 1 yaşadək uşaqlara neyrosonoqrafiya (beyinin USM müayinəsi), beyin fəaliyyətinin qiymətləndirilməsi üçün EEQ aiddir.
Diaqnostik mərhələdən sonra tibbi göstəriş əsasında pasiyentlər stasionar müalicəyə cəlb olunur. Xəstəliyin etiologiya və ağırlıq dərəcəsindən asılı olaraq tətbiq olunan stasionar müalicə tədbirlərinə antibakterial, virusəleyhinə və göbələk əleyhinə terapiya, maye-elektrolit balansının bərpası, simptomatik müalicə daxildir. Qeyd olunan tibbi xidmətlər icbari tibbi sığorta hesabına həyata keçirilir.
Sözügedən xidmətlər TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında tibbi göstəriş əsasında icra olunur. Sığortaolunanlar tibbi xidmətlərdən yararlanmaq üçün ilk növbədə ailə həkiminə və ya ixtisaslı həkimə müraciət etməlidirlər.
Məlumat üçün qeyd edək ki, infeksion meningitin törədiciləri bakteriya, virus, göbələk və ibtidailər (malyariya plazmodiumu, toksoplazma) ola bilər.
Qeyri-infeksion meningitlərə nadir rast gəlinir. Bu növ meningitlərə autoimmun xəstəliklər - sistem qırmızı qurdeşənəyi, revmatoid artrit və başqaları səbəb ola bilər. Bundan başqa beyində yerləşən xoşxassəli şişlərin (kistlərin) yırtılması, bədxassəli şişin beyin qişalarını zədələməsi, beyin və onurğa beyni zədələri, beyində aparılan əməliyyatlar, bəzi dərmanların qəbuluna reaksiya olaraq (qeyri-steroid iltihab əleyhinə preparatlar, bəzi antibiotik qrupları və s.) da meningit inkişaf edə bilər. Xüsusilə azyaşlı uşaqlar, yaşlılar və immun sistemi zəif olanlar arasında geniş yayılmış bu xəstəlik yüksək hərarət, baş ağrısı, ənsə rigidliyi (sərtliyi), qusma, işığa qarşı həssaslıq, huşun bulanıqlığı, qıcolmalar kimi kəskin əlamətlərlə özünü göstərir və vaxtında müdaxilə olunmadıqda həyati təhlükə yarada bilər.
Sağlam insan bu xəstəliyə hava damcı (öskürmə, asqırma) yolu ilə, çirklənmiş qida və təmizlənməmiş su vasitəsilə yoluxa bilər. Bəzi hallarda törədici anadan dölə, həmçinin daşıyıcı həşəratın dişləməsi ilə (məsələn, malyariya zamanı) ötürülə bilər.
Meningitin bəzi formalarına qarşı peyvəndlər mövcuddur. Bu səbəbdən xüsusilə risk qrupuna daxil olan əhali qrupu vaxtında profilaktik tədbirlər görməli və ilk simptomlar müşahidə olunduqda dərhal həkimə müraciət etməlidirlər.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261106
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026904
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026794
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026762
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654