Yeni bir Norveç araşdırmasına görə, hər gün orta hesabla 78 dəqiqədən çox gəzən şəxslərdə xroniki bel ağrısına tutulma riski əhəmiyyətli dərəcədə azalır. Üstəlik, bu gəzintilərin sürətli tempdə olması da vacib deyil; yavaş və sakit addımlarla gəzmək də kifayətdir.
Azmedinfo.az "Planet today" nəşrinə istinadən yazır ki, bel ağrısı dünyada əlilliyin əsas səbəblərindən biri hesab olunur. Ancaq bu problemin həlli bahalı ergonomik oturacaqlar deyil, sadə bir hərəkət ola bilər: gəzmək.
Gündə 100 dəqiqə gəzənlərdə risk 23 faiz azalır
Norveç Elm və Texnologiya Universitetinin tədqiqatçıları 11 mindən çox yetkinin sağlamlıq göstəricilərini analiz ediblər. İştirakçılar bir həftə boyunca bud və bel nahiyələrinə taxılmış akselerometrlərlə gündə nə qədər və hansı tempdə gəzdiklərini qeydə alıblar.
Gündə 78-100 dəqiqə gəzən şəxslərdə, gündə 78 dəqiqədən az gəzənlərlə müqayisədə xroniki bel ağrısı riski 13 faiz daha aşağı olub. Gündə 100 dəqiqədən çox gəzənlərdə isə bu göstərici 23 faizə qədər çatır.
Yerişin tempinin də müəyyən faydaları müşahidə olunsa da, tədqiqat qrupu xüsusilə ümumi gəzmə müddətinin, gəzişin sürətindən daha həlledici olduğunu vurğulayır.
“Tədqiqatımız göstərdi ki, gündəlik gəzmə müddəti bel ağrısı riskini azaltmaqda yerimə sürətindən daha önəmlidir,” – deyə araşdırmanın aparıcı müəllifi, sağlamlıq üzrə mütəxəssis Rayane Haddadj bildirir.
Hərəkətsiz çağın sadə həlli gəzməkdir
Müasir həyatın oturaq yaşam tərzi bel ağrısı da daxil olmaqla bir çox sağlamlıq problemini artırır. Halbuki gəzmək təkcə bel ağrısının qarşısını almaqla qalmır, eyni zamanda beyin sağlamlığını dəstəkləyir, ürək xəstəlikləri riskini azaldır, yaradıcılığı artırır və ömür müddətini uzadır.
Tədqiqatçılar bildirirlər ki, bu nəticələr sağlamlıq siyasətlərində gəzməyin təşviq olunmasının vacibliyinə işarə edir.Çünki gəzmək həm asan tətbiq edilə bilən, həm də aşağı maliyyətli bir profilaktik sağlamlıq strategiyası ola bilər.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261106
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026904
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026794
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026762
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654