Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
30 Aprel 2026, Cümə axşamı, 16:28
Əlaqə vasitələri
Bizimlə əlaqə
Qohum nikahları və irsi qan xəstəlikləri - Şəkidə maarifləndirici layihəyə start verildi
17 İyul 2025
418

 

"Qan Donorları Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qan qohumları arasında nikahların fəsadları” layihəsinin icrasına start verilib.

 

Azmedinfo.az xəbər verir ki, layihənin ilk mərhələsi irsi qan xəstəliklərinin geniş yayıldığı Şəki şəhərində həyata keçirilib. Təşəbbüsün əsas məqsədi – yaxın qan qohumları arasında nikahların genetik xəstəliklərə səbəb ola biləcəyi risklər barədə ictimaiyyəti maarifləndirmək və bu istiqamətdə profilaktik tədbirlərin vacibliyini diqqətə çatdırmaqdır.

 

Qeyd edək ki, Ailə Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 2025-ci ilin 1 iyul tarixindən etibarən yaxın qan qohumları arasında nikahlar məhdudlaşdırılır. Bu dəyişikliklərin tətbiqi fonunda Qan Donorları Assosiasiyası bölgələrdə maarifləndirmə fəaliyyətlərini genişləndirir.

 

Layihənin pilot mərhələsi Qəbələ, Şəki, Quba və İsmayıllı rayonlarında həyata keçiriləcək. Seçilmiş regionlar irsi qan xəstəliklərinin daha çox yayıldığı ərazilər olmaqla, layihənin effektivliyini artırmağı hədəfləyir.

 
 
 
Ən çox oxunanlar