Cons Hopkins Tibb Mərkəzindən bir qrup tədqiqatçı şizofreniya, bipolyar pozuntu və ağır depressiya kimi psixi pozuntularla virus infeksiyaları arasında mümkün əlaqə aşkar edib.
Azmedinfo.az "Translational Psychiatry" jurnalında dərc olunan inqilabi araşdırmada alimlər hepatit C virusunu (HCV) beynin damar kələflərində (serebral damar çələngində) aşkar ediblər. Tədqiqat çərçivəsində elm adamları həm psixi pozuntuları olan, həm də olmayan insanların ölüm sonrası beyin toxumalarını və 285 milyon nəfərə dair elektron tibbi məlumatları təhlil ediblər.
Damar kələfi – beynin mədəciklərində yerləşən qan damarları və ixtisaslaşmış hüceyrələrdən ibarət bir şəbəkədir. Bu struktur beyin və onurğa beynini qoruyan beyin-omurilik mayesinin (BOM) istehsalına cavabdehdir. Eyni zamanda, qan və beyin arasında keçiciliyi tənzimləyən qan-beyin baryerinin formalaşmasında mühüm rol oynayır. Qaraciyəri zədələyən hepatit C virusunun bu hissədə aşkarlanması onun beynin kimyasını və immun siqnalizasiyasını dəyişərək psixi simptomlara səbəb ola və ya onları ağırlaşdıra biləcəyini ehtimal etməyə əsas verir.
Tədqiqatçılar şizofreniya və ya bipolyar pozuntu diaqnozu qoyulmuş şəxslərin beyin toxumalarında virusların daha çox olduğunu müəyyən ediblər. Bununla belə, digər viruslardan fərqli olaraq, hepatit C virusu yalnız bu şəxslərin beyin qişalarında aşkarlanıb. Həmçinin, hepatit C virusuna yoluxmuş bütün insanlarda virusun beyin qişasında aşkarlanmadığı məlum olub ki, bu da infeksiyanın həmişə damar kələfinə yayılmadığını göstərir.
Bu kəşf psixi xəstəliklərdən əziyyət çəkən insanların diaqnostika və müalicəsində yeni imkanlar aça bilər.
Araşdırmanın rəhbəri, Cons Hopkins Universitetinin Tibb Fakültəsindən Sarven Sabunçyan bildirib: “Bipolyar pozuntu və ya şizofreniya simptomları olan bəzi insanlarda əslində hepatit C infeksiyası ola bilər. Ola bilsin ki, virusun müalicəsi bu şəxslərdə psixi simptomları yüngülləşdirə bilər.”
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261106
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026794
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026762
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654