Adenovirus son dövrlərdə xüsusilə uşaqlar arasında təsirini artırıb. Mütəxəssislər bildirib ki, bir çox uşaq bu virus səbəbindən müalicə alır. Virus damcı, nəfəs və təmas yolu ilə yayılır, həmçinin kollektiv şəkildə istifadə olunan üzgüçülük hovuzlarından da keçə bilər. Xüsusilə gözə yoluxduqda təhlükəli ola bilər.
Azmedinfo.az mütəxəssislərin rəyinə əsaslanmala yazır ki, adenovirus tənəffüs yolları, göz, qaraciyər və bağırsaq sisteminə təsir edə bilən bir virusdur. Çox vaxt xəstəlik yüngül keçir, lakin gözdə ciddi fəsadlara səbəb ola bilər. Viruslu bir şəxsin göz müayinəsində istifadə olunan alət sterilizasiya olunmadan başqa bir insana tətbiq edilərsə, sürətlə yayılır. Həmçinin qırtlaq iltihabı, bronxit, pnevmoniya və digər infeksiyalara da yol aça bilər.
Adenovirus hər yaşda uşaqlarda görülə bilər, lakin xüsusilə 1 yaşdan kiçik uşaqlarda ağır fəsadlara səbəb ola bilər. İctimai hovuzlar lazımi şəkildə təmizlənməzsə, bu virusun yayılması üçün risk təşkil edir. Havaların isti olduğu dövrdə insanlar sərinləmək üçün toplu hovuzlara üz tutur və bu da virusun yayılmasını sürətləndirir. Əgər hovuz şəxsi istifadə üçündürsə və təmizdirsə, istifadəsi mümkündür, əks halda dəniz daha təhlükəsiz sayılır. Qız uşaqları üçün ictimai hovuzlar sidik yolları infeksiyası və adenovirus baxımından daha böyük risk daşıyır.
Virus adətən boğaz ağrısı, öskürək, gözlərdə qızartı və irinlənmə, ishal, qusma və qarında şişkinlik kimi əlamətlərlə özünü göstərir. Xüsusilə gözlə bağlı şikayətlərdə mütləq həkimə müraciət olunmalıdır. Göz pansumanı və ya tövsiyə ilə damla istifadəsi düzgün deyil. Diaqnoz üçün sürüntü və qan analizlərindən istifadə olunur. Müalicə zamanı bol maye qəbulu, istirahət və tənəffüs yollarının açıq qalması vacibdir. Ağır hallarda, məsələn, irəliləmiş pnevmoniyada xəstəxanada damar yolu ilə müalicə tələb oluna bilər.
Mütəxəssislər xəbərdarlıq edib ki, virus çox sürətlə yayılır. Bu dövrdə əllər ən azı 30 saniyə boyunca yaxşı yuyulmalı, dırnaq altları təmiz saxlanmalıdır. Virusdan şübhələnilən şəxslərdən uzaq durmaq, üz-üzə gəlməmək, eyni əşyadan istifadə etməmək və maye təması olmamalıdır. Valideynlər özləri xəstə olduqda uşaqları öpməməlidir, çünki virus tüpürcək və bədən mayeləri ilə tez yoluxur. Öskürən insanların olduğu mühitlər tez-tez havalandırılmalı və səthlər mütəmadi olaraq təmizlənməlidir.
Adenovirusun inkubasiya dövrü 1 həftə ilə 10 gün arası olduğuna görə, simptom göstərməyən şəxslər də virusu yaya bilər. Buna görə birbaşa təmasdan maksimum dərəcədə uzaq durmaq vacibdir. Bir uşağa yoluxduqdan sonra peşman olmamaq üçün əvvəlcədən tədbir görmək daha önəmlidir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261106
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026794
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026762
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654