Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən “Respublikada TAVİ əməliyyatı: təcrübəmiz nə göstərdi?” mövzusunda ekspert müzakirə masası təşkil olunub.
Azmedinfo.az xəbər verir ki, tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama Departamentinin rəhbəri, professor Hikmət İbrahimli, Mərkəzi Klinikanın baş həkimi, professor Kamran Musayev, İTS-in İdarə Heyətinin sədr müşaviri Nelli Veysova, Azərbaycan Kardioloqlar Cəmiyyətinin sədri Ülvi Mirzoyev, həmçinin ölkənin tanınmış kardioloq və kardiocərrahları iştirak ediblər.
Müzakirəyə professor Gülnaz Dadaşova açılış nitqi ilə başlayaraq, ölkədə TAVİ (Transkateter Aortal Klapan İmplantasiyası) əməliyyatlarının hazırkı vəziyyəti, aparılan işlər və gələcək hədəflər barədə məlumat verib. O, bu sahədə təcrübə paylaşımının və elmi-praktik müzakirələrin vacibliyini vurğulayıb.
Tədbirdə tibb üzrə fəlsəfə doktoru, dosent Təranə Cavadova “Azərbaycan Respublikasında TAVİ əməliyyatının aparılması: mövcud vəziyyət”, Oqtay Musayev “Dünya təcrübəsində TAVİ əməliyyatı”, İlqar Tahiroğlu isə “TAVİ komplikasiyaları” mövzularında çıxış edərək, həm yerli, həm də beynəlxalq təcrübəni iştirakçıların diqqətinə çatdırıblar.
Müzakirələr zamanı TAVİ və açıq ürək əməliyyatı arasında müqayisələr, əməliyyatdan sonrakı erkən və gecikmiş nəticələr, ağırlaşmaların və ölüm hallarının qarşısının alınması, prosedurun ölkə üzrə yayılması və səhiyyə sisteminə inteqrasiyası kimi bir sıra vacib məsələlərə toxunulub. Ekspertlər, həmçinin mövcud təcrübənin region və dünya statistikası ilə müqayisəsini apararaq, gələcəkdə atılmalı addımlar və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Tədbir iştirakçıların suallarının cavablandırılması və ümumi yekunlarla başa çatıb.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261106
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026904
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026794
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026762
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654