Yay aylarında hava temperaturunun yüksəlməsi qida məhsullarında mikroorqanizmlərin sürətlə çoxalması üçün uyğun mühit yaradır. Xüsusilə, açıq havada istehlak edilən və ya doğru şəraitdə saxlanmayan məhsullar qida zəhərlənməsinə və infeksiyaya yol açır.
Azmedinfo.az türkiyəli yoluxucu xəstəliklər və kliniki mikrobiologiya mütəxəssisi, dosent Fatma Əsərin mövzu ilə bağlı ekspert açıqlamasını oxuculara təqdim edir.
F.Əsərin sözlərinə görə, qidaların vaxtından əvvəl xarab olmasına səbəb olan ən böyük faktor soyuq hava zəncirinin pozulmasıdır.
O, çöldə satılan yeməklərin, səyahət və açıq havada piknik mühitinin qidaların xarab olmasına zəmin yaratdığını xatırladaraq, "istehlak edilən qida məhsullarının sağlam və təhlükəsiz olmasını təmin etmək vacibdir. Mümkün olduqca, küçə yeməklərindən uzaq durmaqla, etibarlı mənbədən su və digər sərinləşdirici içkiləri istehlak etmək mütləqdir" - deyə diqqətə çatdırıb.
Mütəxəssisin fikrincə, infeksiyaların qarşısının alınmasında əl gigiyenası - əllərin sabun və su ilə tez-tez yuyulması çox vacibdir.
İsti yay günlərində bəzi qida məhsullarından istifadə edərkən daha diqqətli olmaq vacibdir. Məsələn, tort və bu kimi kremli qidalar, yumurta, toyuq əti kimi məhsullar xarab olmağa daha meyllidirlər
Yüksək xarabolma riski daşıyan qidalar mütləq soyuducuda saxlanmalıdır. Soyuducudan kənarda qalan bişməmiş qidalar da mikroorqanizmləri çoxaldaraq xəstəliyə səbəb ola bilirlər.
Ekspert qida zəhərlənməsinin ilk əlamətlərinin adətən ürəkbulanma, qusma və ishal olduğunu ifadə edib. Onun sözlərinə görə, mümkün olduqca çox maye qəbul etmək vacibdir. Bu infeksiyalar adətən bir-iki gün ərzində özlərini məhdudlaşdırır və yox olur. Əgər xəstə yuxarıda sadalananlarla yanaşı, yüksək temperatur və yorğunluq hissindən də şikayət edirsə, kifayət qədər maye qəbul edə bilmirsə, o zaman yaxınlıqdakı tibb müəssisəsinə müraciət etməlidir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261106
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026794
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026762
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654