Beynəlxalq tibbi əməkdaşlıq canlı praktikada - Yeni Klinika gələcəyin həkimlərini yetişdirir
28 İyul 2025
860
Yeni Klinika nəzdində fəaliyyət göstərən TƏBİB Akademiyası, “Həkimlər və TƏBİB Tələbələr” İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən "Xarici Tələbələrin Tibbi Təcrübə Proqramı" uğurla başa çatıb.
Azmedinfo.az xəbər verir ki, proqram çərçivəsində Türkiyə, Fransa, Çexiya, Avstriya və Slovakiyadan olan tibb tələbələri bir ay müddətində Yeni Klinikada tibbi təcrübə keçərək həm nəzəri biliklərini artırmaq, həm də praktik bacarıqlar qazanmaq imkanı əldə ediblər.
Tələbələrlə görüşən Barat Yusubov beynəlxalq təcrübə proqramınının əhəmiyyətini vurğulayaraq bu kimi layihələrin onların gələcək karyeralarında mühüm rol oynayacağını bildirib. O, proqramın yalnız tibbi bilik və bacarıqların artırılması baxımından deyil, eyni zamanda mədəniyyətlərarası əlaqələrin gücləndirilməsi və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından da dəyərli olduğunu qeyd edib. Təcrübə proqramını uğurla başa vuran tələbələri təbrik edən Barat Yusubov onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və Yeni Klinikanın belə təşəbbüslərə hər zaman açıq olduğunu vurğulayıb.
Tələbələr Travmatologiya, Qastroenterologiya, Ümumi cərrahiyyə, Uşaq cərrahiyyəsi və digər şöbələrdə klinik fəaliyyətlərlə yaxından tanış olaraq tibbi prosesləri yaxından müşahidə etməklə yanaşı praktiki məşğələlərdə iştirak ediblər.
Təcrübə proqramı çərçivəsində həmçinin tələbələrə Yeni Klinikanın təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimi Fəxriyyə Quliyeva tərəfindən “Basic Life Support – Təməl Yaşam Dəstəyi” mövzusunda həm nəzəri bilikləri əhatə edən, həm də praktik bacarıqların aşılandığı təlimlər keçirilib. Təlim zamanı təcili tibbi yardımın ilkin mərhələlərinə dair əsas prinsiplər, ürək-ağciyər reanimasiyası (CPR), hava yolunun açılması və süni tənəffüs kimi həyati vacib müdaxilələr barədə məlumat verilib eyni zamanda simulyasiya avadanlıqları vasitəsilə real situasiyaya yaxın şəraitdə məşğələlər aparılıb.
Bir ay müddətində davam edən təcrübə proqramının sonunda 6 tibb tələbəsi sertifikatla təmin edilib. Eyni zamanda mübadilə proqramının nümunəvi təşkilində göstərdikləri yüksək peşəkarlıq və dəstəyə görə Travmatologiya şöbəsinin müdiri Fərhad Verdiyev və Uşaq cərrahiyyəsinin müdiri Orxan Fərzəliyev təşəkkürnamə ilə təltif ediliblər.
Qeyd edək ki, “Xarici Tələbələrin Tibbi Təcrübə Proqramı” çərçivəsində mübadilə prosesinin növbəti ay üçün də davam etdirilməsi nəzərdə tutulur.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654