Reanimasiya və anesteziya xidmətində keyfiyyətin yüksəldilməsi təlimləri davam edir
04 İyun 2025
1156
TƏBİB-in İcraçı direktorunun tapşırığına əsasən, qurumun tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində reanimatoloji-anestezioloji xidmətin keyfiyyətinin artırılması və regionlarda sahə üzrə kadr potensialının gücləndirilməsi məqsədilə Yeni Klinikada keçirilən təlimlərin ikinci mərhələsinə start verilib.
Azmedinfo.az xəbər verir ki, təlimlərin növbəti mərhələsində Qazax, Şəmkir, Tovuz, Ağstafa və Gədəbəy rayon mərkəzi xəstəxanalarının Reanimasiya və Anesteziologiya şöbələrində çalışan 5 həkim və 20 orta tibb işçisi Yeni Klinikaya ezam olunub.
Yeni Klinikanın Reanimasiya şöbəsinin müdiri Emil Qasımovun rəhbərliyi ilə təşkil olunan təlim proqramı çərçivəsində iştirakçılar ilkin qiymətləndirmədən keçiblər. Bir ay davam edəcək proqram zamanı tibbi heyət Reanimasiya və Anesteziologiya şöbələrində həm nəzəri, həm də praktiki biliklərini artıracaq, real klinik hallarda təcrübə qazanacaq.
Həmçinin təlim müddətində nəzəri biliklərin artırılması məqsədilə iştirakçılar “TƏBİB Akademiyası”nda təşkil olunan seminar və təlim sessiyalarına qatılacaqlar.
Qeyd edək ki, sözügedən layihə çərçivəsində bölgələrdə göstərilən reanimatoloji və anestezioloji xidmətlərin səviyyəsinin yüksəldilməsi, pasiyent məmnuniyyətinin artırılması və tibbi heyətin peşəkar inkişafına töhfə verilməsi nəzərdə tutulur. Təlimlərin ilk mərhələsi uğurla başa çatıb və layihəyə TƏBİB-in tabeliyində olan digər tibb müəssisələrinin də cəlb olunması planlaşdırılır.
Bu cür təşəbbüslər ölkənin səhiyyə sisteminin inkişafına və vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin davamlı olaraq yaxşılaşdırılmasına xidmət edir.

TƏBİB
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654