Ağciyər Xəstəlikləri Mərkəzinin Şəmkir Regional Xəstəxanasının açılışı oldu.
Azmedinfo.az xəbər verir ki, tədbirdə TƏBİB-in İcraçı direktorunun müşaviri Anar Ağayev, Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova, eləcə də Səhiyyə Nazirliyinin, Şəmkir Regional Xəstəxanasının və Ağciyər Xəstəlikləri Mərkəzinin regional qurumlarının nümayəndələri iştirak etdilər.
Yeni yaradılan Mərkəz barədə açılış iştirakçılarına məlumat verən Nəhmət Rəhmanov diqqətə çatdırdı ki, müəssisədə ağciyərin spesifik və qeyri spesifik xəstəliklərinin diaqnostikası, ambulator və stasionar müalicəsi, o cümlədən vərəmlə mübarizə sahəsində profilaktik tədbirlərin həyata keçirilməsi üçün lazımi şərait var. Onun sözlərinə görə, Regional Xəstəxana yalnız Şəmkir əhalisinə deyil, ətraf bölgələrdə yaşayan vətəndaşlara xidmət göstərəcək. Onun xidmət arealı ümumilikdə 2 şəhər və 9 rayonu əhatə edəcək. 2,5 hektar ərazini əhatə edən xəstəxanada 207 nəfərlik işçi heyət fəaliyyət göstərəcək.
Tədbirdə vurğulanıb ki, Tibb müəssisəsinin strukturuna Təcili yardım bölməsi, Ambulator şöbə, 100 çarpayılıq 5 stasionar şöbə, inzibati və təsərrüfat şöbələri və eləcə də digər köməkçi sahələr daxildir.
Şəmkir Regional Xəstəxanasınən gələcək fəaliyyətinin hədəfində vərəm diaqnostikasının təkmilləşdirilməsi, pasiyentlərin aktiv müalicəyə cəlb edilməsi və genişmiqyaslı profilaktik tədbirlərin həyata keçirilməsi nəticəsində bölgədə spesifik və qeyri-spesifik tənəffüs sistemi xəstəliklərinin epidemioloji vəziyyətinin yaxşılaşdırılması dayanır.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654