Müşahidələr və araşdırmalar göstərir ki, müxtəlif ölkələrdə fəaliyyət göstərən məktəblərin əksəriyyəti fövqəladə tibbi hallara hazır olmaq məqsədilə vacib tədbirlər görsə də, bir çoxları hələ də bu istiqamətdə müəyyən addımlar atmalı, təcili tibbi yardım üçün hazırlıqlarını təkmilləşdirməlidirlər.
Azmedinfo.az xəbər verir ki, amerikalı alimlərin araşdırması nəticəsində əldə edilən statistik rəqəmlər əsasında orta məktəblərdə təcili və təxirəsalınmaz tibbi yardım çağırışının əsas səbəbləri aşkarlanıb. Bu səbəblər daha çox qıcolmalar, psixi pozğunluqlar, narkotik asılılığı və travma kimi nevroloji böhranlardır.
Tədqiqat dövründə məktəblilərin təcili tibbi yardıma müraciət etmələrinin 11 %-i məktəbəsaslı tibbi yardım üçün olub. Bunların üçdə ikisi xəstəxanaya çatdırılma ilə nəticələnib.
Tədqiqatın nəticələri məktəblərə təlimi prioritetləşdirməyə kömək edə bilər. Bununla da, pedaqoji heyət və digər məktəb əməkdaşları təcili və təxirəsalınmaz tibbi xidmət çağırışa gələnədək tibbi yardım üçün vacib addımları atacaqlar.
Araşdırma nəticəsində məlum olub ki, ibtidai sinif şagirdləri arasında fiziki xəsarətlər (17%), ruhi sağlamlıq problemləri və maddə asılılığı isə yeniyetmələr arasında (18%) daha çox olub.
Amerikalı tədqiqatçıların qənaətincə, gənclər arasında davam edən psixi sağlamlıq böhranı psixiatrik vəziyyətlər və narkotik maddələrdən sui-istifadə səbəbindən məktəblərdə ortaya çıxan təcili tibbi yardım ehtiyacını izah edir.
Aparılan tədqiqatların ümdə məqsədi uşaqların sağlamlığının yaxşılaşdırılması, pediatriyanın inkişaf etdirilməsi, yorulmaz araşdırmalarla daha sağlam gələcəyin təmin olunmasıdır.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261044
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026936
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026914
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026908
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026800
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026764
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026732
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026650