Britaniyanın Lids Universitetində aparılan tədqiqat nəticəsində məlum olub ki, mağaza rəflərində alıcılara təqdim edilən hər üç uşaq qidası məhsulundan biri həddindən artıq emal olunmuş qidadır. Bu qidalar uşaqların sağlamlığına uzunmüddətli, ciddi ziyan vurmaq iqtidarındadırlar.
Azmedinfo.az xəbər verir ki, araşdırmanın müəllifləri, həmçinin valideynlərə sənaye üsulu ilə istehsal edilən qidaların tərkibindəki təbii inqrediyentləri reklam edən aldadıcı qablaşdırma barədə də xəbərdarlıq ediblər.
İngiltərəli mütəxəssislər tanınmış qida müəssisələri tərəfindən istehsal olunan 600 uşaq qidası məhsulunu təhlil ediblər. Tədqiqatın nəticəsində körpə qəlyanaltılarının 87 %-i və sıyıqların 79 %-i ultra emal olunmuş qidalar kimi təsnif olunub. Bu o deməkdir ki, həmin qida nümunələri adətən ev yeməklərində tapılmayan inqrediyentlərdən istifadə edilməklə sənaye üsulu ilə istehsal olunublar.
Onlar həmçinin uşaqlar üçün nəzərdə tutulmuş məşhur qəlyanaltılarda, o cümlədən "ərimiş" şişirdilmiş qida nümunələrində, meyvə əsaslı çeynəmələrdə və batonlarda "narahatedici tendensiyalar" aşkarlayıblar.
Lids Universitetində aparıcı tədqiqatçısı və uşaq qidası mütəxəssisi doktor Dayan Triplton qeyd edir ki, marketlərdə və ərzaq mağazalarında həddindən çox emal edilmiş qəlyanaltılar, şirniyyatlar, sıyıqlar və digər uşaq qidaları üstünlük təşkil edir. Onlar adətən sağlam, üzvi və ya şəkər əlavə edilməmiş keyfiyyətli qida kimi reklam olunsalar da, əslində onlar həddindən artıq emal olunurlar və tərkibində uşaq sağlamlığına ciddi ziyan vuran zərərli maddələr var. Körpələrin böyüməsi üçün lazım olan vacib qidalara, demək olar ki, heç bənzəmirlər.
Bu qidalar körpələrdə ilk andan ultra emal olunmuş, həddən artıq şirin qidalara həvəs yaradır. Hökumət şəkərli qida məhsullarının yanıldıcı etiketli satışını dayandırmaq üçün təcili tədbir görməlidir.
Britaniya Sağlamlıq və Piylənmə ilə Mübarizə Alyansının direktoru Ketrin Cennerin sözlərinə görə, hökumətin 10 illik sağlamlıq planı piylənmə ilə mübarizə üçün sürətli səylərdən bəhs edir, lakin erkən yaşda bu boşluq aradan qaldırılmasa, qarşıya qoyulan məqsədə nail olmaq mümkün deyil. "Sağlam həyat doğuşdan başlayır. Hazırda biz körpələri və azyaşlı uşaqları onların inkişafına və uzunmüddətli sağlamlığına xələl gətirən ultra emal olunmuş qidalarla qidalandırırıq” – deyə, K.Cenner vurğulayıb.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654