Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
24 İyul 2026, Cümə, 05:01
Əlaqə vasitələri
Bizimlə əlaqə
Ekspert: Dəridə səbəbsiz səpkilər mədə-bağırsaq problemlərinin göstəricisi ola bilər
23 Avqust 2025
1296
Ekspert: Dəridə səbəbsiz səpkilər mədə-bağırsaq problemlərinin göstəricisi ola bilər

Səpkilərin səbəbi çox vaxt mədə-bağırsaq sistemi ilə bağlı ola bilər.

 

Azmedinfo.az xəbər verir ki, qastroenteroloq, hepatoloq, invaziv endoskopist Dr. Aqil Ağakişiyevin sözlərinə görə, həzm sistemi sağlam olmadıqda orqanizmdə toksinlərin yığılması və bağırsaq florasının pozulması nəticəsində dəridə müxtəlif reaksiyalar – səpkilər, qaşınma və iltihablı nahiyələr əmələ gəlir.

 

Bu problemlərə əsasən stres, qida dözülməzliyi və ya allergiyalar, bağırsaq mikroflorasının pozulması (disbakterioz), Helicobacter pylori kimi bakterial infeksiyalar, həmçinin qaraciyər və öd yolları xəstəlikləri səbəb ola bilər.

 

Mütəxəssis vurğulayır ki, əgər dəridə səbəbsiz səpkilər yaranır və uzun müddət keçmirsə, həkimə müraciət etmək vacibdir.

Ən çox oxunanlar