Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Arterial Hipertenziya şöbəsinin müdiri Tofiq Cahangirov zərərli vərdişlərin ürək-damar sisteminə təsirləri ilə bağlı mühüm məqamlara diqqət çəkib.
Azmedinfo.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, spirtli içkilərin davamlı istifadəsi ürək əzələsinə birbaşa toksik təsir göstərərək alkoqollu kardiomiopatiya yaradır və nəticədə ürək çatışmazlığı riski yüksəlir. Spirt həmçinin ürək ritminin pozulmasına, yüksək qan təzyiqinə, insult və infarkt hallarına səbəb olur. Uzunmüddətli istifadə damar divarlarında aterosklerotik dəyişiklikləri sürətləndirir və qan dövranı üçün ciddi təhlükə yaradır.
Tofiq Cahangirov siqaretin də ürək-damar sağlamlığını zədələdiyini vurğulayıb. O bildirib ki, siqaret damar divarının endotel qatını zədələyir, elastikliyi azaldır və qan axınını çətinləşdirir. Eyni zamanda, lipid balansını pozaraq “pis” xolesterinin səviyyəsini artırır, tromb yaranmasını sürətləndirir və infarktla insult riskini dəfələrlə artırır.
Ekspertin sözlərinə görə, spirtli içki və siqaret birlikdə istifadə olunduqda onların təsiri sinergik xarakter daşıyır və infarkt riski 5–10 dəfə yüksəlir. Gənc yaşda bu vərdişlərə başlayan insanlarda ürək-damar xəstəlikləri daha erkən üzə çıxır.
Tofiq Cahangirov siqaretdən imtinanın bərpa prosesində mühüm rol oynadığını da qeyd edib: “Siqaretdən imtina etdikdən bir il sonra koronar ürək xəstəliyi riski 50 faiz azalır, damarların iltihabi prosesi və oksidativ stress isə xeyli dərəcədə zəifləyir”.
Həkim əlavə edib ki, təsdiqlənmiş ürək-damar xəstəlikləri, şəkərli diabet, ağciyər patologiyaları, qaraciyər və mədəaltı vəzin xəstəlikləri, hamiləlik və onkoloji hallarda spirt və siqaretdən tamamilə imtina edilməlidir.
“Ürək-damar sağlamlığını qorumağın əsas yolu erkən profilaktika, zərərli vərdişlərin tərgidilməsi və sağlam həyat tərzidir. Sağlam ürək – sağlam gələcəyin və uzun ömrün əsas təminatıdır”, – deyə Tofiq Cahangirov vurğulayıb.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654