TƏBİB-in dəstəyi ilə ISO 7101:2023 beynəlxalq standartı üzrə konfrans
22 Fevral 2025
1012
TƏBİB və “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Yeni Klinikada ISO 7101:2023 beynəlxalq standartı üzrə maarifləndirici konfrans keçirilib.
Azmedinfo.az xəbər verir ki, konfransda tibb müəssisələrinin rəhbərləri, keyfiyyət mütəxəssisləri və digər maraqlı tərəflər iştirak ediblər. Tədbirin əsas məqsədi ISO 7101:2023 standartının mahiyyəti, səhiyyə xidmətlərində keyfiyyətin idarə edilməsi, pasiyent məmnuniyyəti və effektiv idarəetmə mexanizmləri haqqında geniş məlumat vermək olub.
TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov çıxış edərək səhiyyə sektorunda keyfiyyətin yüksəldilməsinin və beynəlxalq standartlara uyğunluğun tibbi xidmətlərin dayanıqlılığı və səmərəliliyi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
O qeyd edib ki, beynəlxalq standartların tətbiqi səhiyyə müəssisələrində idarəetmə proseslərini təkmilləşdirir, xidmətlərin şəffaf və təhlükəsiz şəkildə təşkilinə şərait yaradır, həmçinin pasiyent məmnuniyyətinin artırılması üçün mühüm mexanizmlər yaradır.
Tədbirdə Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudov da çıxış edərək səhiyyə sektorunda beynəlxalq standartların tətbiqinin əhəmiyyətini xüsusilə qeyd edib. O bildirib ki, müasir səhiyyə sisteminin inkişafı və dayanıqlılığının təmin edilməsi üçün beynəlxalq təcrübələrə əsaslanan standartların tətbiqi vacibdir və bu yanaşma tibbi xidmətlərin daha təhlükəsiz, effektiv və innovativ olmasına töhfə verir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX) yanında Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktorunun müavini Kəmalə Məmmədzadə çıxış edərək ölkədə standartlaşdırma prosedurlarının və qaydalarının əhəmiyyətini vurğulayıb. O, standartlaşdırma prosesinin keyfiyyətinin yüksəldilməsi və beynəlxalq tələblərə uyğunluğun təmin edilməsi baxımından mühüm rol oynadığını qeyd edərək, bu istiqamətdə həyata keçirilən normativ tənzimləmələr və tətbiq olunan yeni yanaşmalar barədə geniş məlumat verib.
“Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin sədri Samir Novruzlu səhiyyə sistemində keyfiyyətin yüksəldilməsinin və beynəlxalq standartların tətbiqinin əhəmiyyətini vurğulayıb. O, həmçinin iştirakçılara “Səhiyyə və tibb müəssisələrində keyfiyyət infrastrukturunun qurulmasına dəstək” layihəsi haqqında ətraflı məlumat verərək, bu təşəbbüsün səhiyyə müəssisələrində effektiv idarəetmə sistemlərinin formalaşdırılmasına və xidmət keyfiyyətinin artırılmasına töhfə verəcəyini bildirib.
Tibb müəssisələrində beynəlxalq standartların tətbiqi üzrə mütəxəssis, “Keyfiyyət Assosiasiyası” İB-nin nümayəndəsi Günay Paşa çıxış edərək ISO 7101:2023 standartının məzmunu, əsas prinsipləri və tətbiq sahələri barədə ətraflı məlumat verib.
Özəl Tibb Müəssisələri Assosiasiyasının (ÖTMA) İdarə Heyətinin sədri Günel Əliyeva çıxış edərək səhiyyə sektorunda keyfiyyətin önəmini və beynəlxalq standartların tətbiqinin vacibliyini vurğulayıb. O, səhiyyə xidmətlərinin inkişafı və təkmilləşdirilməsi üçün beynəlxalq standartların əsas rol oynadığını qeyd edərək, bu standartların tibbi xidmətlərin təhlükəsizliyini artırdığını, xidmətlərin səmərəliliyini təmin etdiyini bildirib.
“SƏHHƏT” Azərbaycan-Almaniya tibb klinikasının direktoru Malik Kərimov rəhbərlik etdiyi müəssisədə tətbiq olunan standartların faydaları haqqında məlumat verib.
Respublika Diaqnostika Mərkəzinin Kliniki Farmakoloji şöbəsinin müdiri Xuraman Manafova çalışdığı müəssisədə standartlaşdırılmış prosedurlar və iş prinsiplərinin xüsusiyyətləri haqqında məlumatları təqdim edib.
Tədbir çərçivəsində müzakirələr aparılıb, sual-cavab sessiyası təşkil edilib. Konfransın sonunda səhiyyə müəssisələrində keyfiyyət menecmenti sistemlərinin təkmilləşdirilməsi və ISO standartlarının tətbiqi ilə bağlı gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654