İnfeksionist həkim mədə və bağırsaq infeksiyaları barədə mühüm açıqlama edib
19 Noyabr 2025
926
Mədə və bağırsaq infeksiyaları əsasən qida və su ilə keçən virus, bakteriya və ya parazitlərin səbəb olduğu xəstəliklərdir.
Azmedinfo.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzin Yoluxucu Xəstəliklər şöbəsinin müdiri, həkim-infeksionist Xatirə Əliyeva mədə və bağırsaq infeksiyalarına səbəb olan amilləri sadalayıb:
• Çirkli və ya düzgün bişirilməmiş qida
• Çirkli içməli su və ya çirkli hovuz suları
• Əllərin yuyulmaması və infeksiyalı şəxslərlə təmas
• Zoonoz yoluxmalar (heyvan məhsulları vasitəsilə)
Həkim mədə və bağırsaq infeksiyalarının yaratdığı təhlükələr haqqında danışıb. Ekspert bildirib ki, mədə və bağırsaq infeksiyaları vaxtında müalicə edilmədikdə ciddi fəsadlara səbəb ola bilər: “Mədə və bağırsaq infeksiyaları, əsasən qida və su ilə keçən viruslar, bakteriyalar və ya parazitlər səbəbindən yaranır və çox geniş yayılmış sağlamlıq problemidir. Bu infeksiyalar bağırsaq və mədə mukozasında iltihab yaradır, nəticədə həzm prosesi pozulur.
Qeyd edib ki, xəstəliyin əsas əlamətləri ishal, qusma və qarın ağrısıdır. Bəzən xəstə qızdırma, halsızlıq, baş gicəllənməsi və iştahsızlıq da hiss edir. Bu əlamətlər adətən 1–7 gün davam edə bilər, lakin xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstələrdə daha uzun sürə və şiddətli ola bilər.
"Vaxtında müalicə olunmadıqda, mədə və bağırsaq infeksiyaları ciddi fəsadlara səbəb ola bilər. Ən çox rast gəlinən fəsad dehidrasiya və elektrolit pozğunluqlarıdır, çünki ishal və qusma nəticəsində bədən maye və mineral itirir. Bu vəziyyət ürək ritminin pozulması, əzələ zəifliyi və halsızlıq kimi problemlərə gətirib çıxara bilər. Daha ağır hallarda isə bakterial infeksiyalar qan dövranına yayıla bilər və sepsis kimi həyati təhlükəli vəziyyətlər yarana bilər. Həmçinin bəzi hallarda infeksiya böyrək problemlərinə və ya uzunmüddətli xroniki bağırsaq xəstəliklərinə səbəb ola bilər", - deyə həkim vurğulayıb.
Ekspert mədə və bağırsaq infeksiyalarının müalicəsi yollarla barədə qeyd edib ki, müalicə xəstəliyin dərəcəsindən aslı olaraq dəyişir: “Mədə və bağırsaq infeksiyalarının əsas müalicəsi ilk növbədə mayenin bərpasıdır. Əgər qusma və ishal yüngül keçirsə, çox vaxt dərmana ehtiyac olmur. Amma hərarət yüksəkdirsə, qanlı ishal və güclü qarın ağrısı varsa, bu artıq bakterial infeksiyadan xəbər verir və həkim nəzarəti tələb edir. Antibiotik yalnız lazım olan hallarda təyin olunur”.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654