Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
23 Aprel 2026, Cümə axşamı, 14:25
Əlaqə vasitələri
Bizimlə əlaqə
Gənc kardioloq Türkiyədə 41-ci Milli Kardiologiya Konqresində iştirak edib
20 Noyabr 2025
320
Gənc kardioloq Türkiyədə 41-ci Milli Kardiologiya Konqresində iştirak edib

13-16 noyabr 2025-ci il tarixlərində Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin kardioloqu Günay Hətəmova Türkiyə Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə Türkiyənin Antalya şəhərində keçirilən 41-ci Milli Kardiologiya Konqresində iştirak edib.

 

Azmedinfo.az xəbər verir ki, konqres çərçivəsində iştirakçılar kardiologiya sahəsində son tibb yenilikləri, müasir diaqnostika üsulları və müalicə metodları ilə tanış olublar.

 

Dünyanın müxtəlif ölkələrindən tanınmış kardioloqlar, tədqiqatçılar və səhiyyə mütəxəssisləri tərəfindən keçirilən təqdimatlar və elmi müzakirələr iştirakçılara bilik mübadiləsi və peşəkar təcrübələrini zənginləşdirmək imkanı yaradıb. 

Ən çox oxunanlar