Uşaqlıq mioması uşaqlığın əzələ qatında əmələ gələn xoşxassəli şişdir. Bu, qadınlarda ən çox rast gəlinən ginekoloji xəstəliklərdən biridir.
Azmedinfo.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzin Ginekologiya şöbəsinin müdiri Qubaxanım Hacızadəsözlərinə görə, uşaqlıq miomasının əlamətləri müxtəlif ola bilər. Ən çox rast gəlinən simptomlar uzun və çoxlu menstrual qanaxma, qarında ağırlıq, şişkinlik və ağrı, bel ağrısı, sidiyə tez-tez getmə və ya qəbizlikdir. Mioma həmçinin sonsuzluq və ya hamiləliyin düşməsinə səbəb ola bilər. Bəzi hallarda isə miomada heç bir əlamət olmur və xəstəlik təsadüfən ultrasəs (USM) müayinəsində aşkar edilir.
"Uşaqlıq mioması xərçəng növü deyil. Bu diaqnoz xəstələrdə narahatlıq yaratsa da, mioma xoşxassəli şişdir və çox nadir hallarda bədxassəli formaya keçir. Miomanın təhlükəli olub-olmaması onun ölçüsündən, yerləşməsindən və yaratdığı əlamətlərdən asılıdır. Kiçik və simptom verməyən miomalar adətən problem yaratmır və sadəcə müşahidə altında saxlanılır. Lakin mioma böyüdükcə və uşaqlığın iç qatına doğru inkişaf etdikcə, anemiyaya səbəb olan çoxlu qanaxmalara, qarında ağırlıq hissinə, bel ağrılarına və sonsuzluğa səbəb ola bilər", - deyə həkim bildirib.
Q. Hacızadə qeyd edib ki, mioma hamiləlik üçün də təhlükə sayıla bilər. Daxili miomalar embrionun uşaqlıq daxilində yerləşməsini çətinləşdirə və düşüklərə səbəb ola bilər. Buna görə də, hamilə qalmaq istəyən qadınlarda miomanın ölçüsü və yeri diqqətlə qiymətləndirilməlidir. Təhlükə həmçinin uzun müddət müşahidəsiz qalan miomaların böyüyərək cərrahi müdaxilə tələb etməsindən ibarətdir. Müasir dövrdə miomalar həm dərmanla, həm də minimal invaziv üsullarla, yəni laparoskopiya və embolizasiya vasitəsilə müalicə edilə bilər.
-
Səhiyyə naziri Teymur Musayev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşübƏn çox oxunanlar09 Oktyabr 20261166
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 2026736
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 2026728
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 2026630
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026624
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026622
-
Orqan donorluğu və transplantasiya sahəsində Anlaşma Memorandumu imzalanıbƏn çox oxunanlar08 Oktyabr 2026616
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026608
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 2026574
-
Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdirƏn çox oxunanlar13 Oktyabr 2026558
-
əl-Bəqərə surəsi, 256-cı ayə nə deyir?Ən çox oxunanlar13 Oktyabr 2026552
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 2026550
-
Quranda hicab əmri varmı?Ən çox oxunanlar12 Oktyabr 2026544
-
“Klinik bacarıqların tədrisi və qiymətləndirilməsində müasir yanaşmalar” mövzusunda seminar keçiriləcəkƏn çox oxunanlar13 Oktyabr 2026494
-
Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində uğurlu nəticələr əldə edilirƏn çox oxunanlar13 Oktyabr 2026486
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026440
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 2026438
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026418
-
Endokrinoloq: Diabetdən miyopiyaya uşaqlarda görmə problemlərinə diqqət artırılmalıdırƏn çox oxunanlar08 Oktyabr 2026344
-
Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradırƏn çox oxunanlar12 Oktyabr 2026314