Ürək-damar xəstəlikləri qlobal ölüm səbəbləri arasında öncül yerlərdən birini tutur və miokard infarktı vaxtında qarşısı alınmadıqda ciddi fəsadlarla nəticələnir.
Azmedinfo.az xəbər verir ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkim-kardioloqu Bənövşə Əhmədovanın sözlərinə görə, infarkt adətən koronar damarların ateroskleroz səbəbindən daralması və ya tam tutulması nəticəsində yaranır, bu da illərlə yığılan risk faktorlarının təsiri altında formalaşır.
Kardioloq infarkt riskini artıran əsas səbəblərin yüksək qan təzyiqi, yüksək xolesterol və triqliseridlər, şəkərli diabet, siqaret çəkmək, artıq çəki və hərəkətsizlik, gərginlik, irsi meyillilik və düzgün olmayan qidalanma olduğunu qeyd edib.
Ekspert vurğulayıb ki, bu risk faktorlarının əksəriyyəti insanın öz nəzarəti altındadır və vaxtında müdaxilə infarkt ehtimalını əhəmiyyətli dərəcədə azalda bilər. Həmçinin sağlam qidalanma, aktiv həyat tərzi, siqaretdən uzaq durmaq, təzyiq və şəkər səviyyəsinin mütəmadi monitorinqi vacibdir.
Həkim xəbərdarlıq edir ki, nəfəs darlığı, döş qəfəsində ağırlıq, sol qolda uyuşma kimi əlamətlər yaranarsa, dərhal tibbi yardım almaq həyati əhəmiyyət daşıyır.
Kardioloq vətəndaşları öz sağlamlıqlarına məsuliyyətlə yanaşmağa çağırıb: “Unutmayaq ki, infarkt ani baş verir, amma onun qarşısını almaq bizim əlimizdədir.”
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654