Dəm qazı zəhərlənməsindən necə qorunmalı? Terapevt izah etdi
10 Fevral 2026
612
Dəm qazı zəhərlənməsi tibbdə ən təhlükəli və eyni zamanda ən çox gözardı edilən hallardan biridir. Rəngsiz, qoxusuz və dadsız olan karbonmonoksid qapalı məkanlarda hiss edilmədən toplanaraq qısa müddətdə ağır, bəzən isə ölümcül nəticələrə səbəb ola bilir. Xüsusilə payız və qış aylarında qaz cihazlarından intensiv istifadə bu riski artırır.
Azmedinfo.az xəbər veri ki, Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi-terapevt Aytən Eyvazova sözlərinə görə, karbonmonoksid karbon tərkibli yanacağın natamam yanması nəticəsində yaranır. Qaz sobaları, kombilər, su qızdırıcıları, nasaz tüstü bacaları, kömür və odunla işləyən sobalar, eləcə də qapalı məkanlarda generator və avtomobil mühərriklərinin işlədilməsi əsas mənbələr hesab olunur.
A.Eyvazovanın sözlərinə görə, bu qaz qana sürətlə daxil olaraq hemoqlobinlə birləşir və orqanizmdə oksigen daşınmasını kəskin şəkildə azaldır. Oksigen çatışmazlığı ilk növbədə beyin və ürək kimi həyati vacib orqanları zədələyir.
Zəhərlənmənin ilkin əlamətlərinə baş ağrısı, başgicəllənmə, halsızlıq, ürəkbulanma və yuxululuq daxildir. Qazın təsiri davam etdikcə nəfəs darlığı, sinədə sıxılma, şüurun itməsi və ağır hallarda qıcolmalar müşahidə oluna bilər.
Həkim qeyd edir ki, uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki ürək-ağciyər xəstəlikləri olan şəxslər risk qrupuna daxildir. Dəm qazından zəhərlənmə zamanı ilk dəqiqələr həyati əhəmiyyət daşıyır. Mütəxəssisin tövsiyəsinə əsasən, zərərçəkən dərhal təmiz havaya çıxarılmalı, qapı və pəncərələr açılmalı, təcili tibbi yardım çağırılmalıdır. Huşsuz şəxs yan vəziyyətdə uzadılmalı, kömək edən şəxsin isə öz təhlükəsizliyini unutmaması vacibdir. Müalicə xəstəxana şəraitində aparılır və əsasən yüksək konsentrasiyalı oksigen terapiyasına əsaslanır. Ağır hallarda hiperbarik oksigen müalicəsinə ehtiyac yarana bilər. Vaxtında tibbi müdaxilə ağır fəsadların qarşısını almaqda həlledici rol oynayır.
Dəm qazından qorunma müalicədən daha asandır. Qaz cihazlarının mütəmadi texniki baxışdan keçirilməsi, tüstü bacalarının təmiz saxlanılması, karbonmonoksid detektorlarının quraşdırılması və qapalı məkanlarda generatorlardan istifadə edilməməsi bu riskin qarşısını almaqda faydalıdır.
Dəm qazı görünmür və hiss olunmur, lakin təsiri sürətli və son dərəcə təhlükəlidir. Şübhəli hallarda vaxt itirmədən tibbi yardıma müraciət etmək insan həyatını xilas edə bilər.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654