Dr. Rəşad Mahmudov: Cəmiyyətin gələcək sağlamlığı ortaq məsuliyyətimizdir
08 Mart 2026
426
1980-ci illərdə uşaqlıq oynamaq, ip atlamaq, top dalınca qaçmaq və gün batana qədər açıq havada dostlarla birlikdə vaxt keçirmək demək idi. Bu oyunlar sadəcə əyləncə deyildi. Onlar uşaqların sağlam böyüməsinin, güclü metabolizmin, ürək-damar sisteminin və ümumi fiziki inkişafın təbii bir hissəsi idi...
Azmedinfo.az Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi, t.e.d., ürək-damar cərrahı Rəşad Mahmudovun böyüməkdə olan uşaqlarımızın gələcəyi və sağlamlıqları haqqında fikirlərini izləyiciləri ilə paylaşır:
"Bu gün texnologiya həyatımızı asanlaşdırsa da, uşaqların həyatında fərqli bir reallıq yaradıb. Hərəkətin yerini ekranlar, oyun meydançalarının yerini isə telefonlar və planşetlər almağa başlayıb. Uşaqların enerjisi hərəkətlə deyil, getdikcə daha çox passiv şəkildə sərf olunur. 1980 də uşaq olan insanlar bu gün təxminən 40–50 yaşlarındadır. Həmən yaşda olanlar artan xərçəng, metabolik və ürək-damar xəstəlikləri ilə bağlı narahatlıqlarını tez-tez dilə gətirirlər. Amma unutmayaq ki, həmin nəsil ən azından daha aktiv uşaqlıq dövrü yaşamışdı. Buna baxmayaraq, müasir dövrün qidalanması, süni qidaların artması, stres, zərərli vərdişlər və passiv həyat tərzi xəstəliklərin artmasına ciddi təsir göstərdi. İndi isə daha ciddi bir sual ortaya çıxır. Əgər artıq indiki uşaqlıq dövrü belə passivləşirsə, yəni enerjisini istifadə etməyən, metabolik sistemləri erkən yaşlardan pozulan bir nəsil formalaşırsa, üstəlik qidalanmanın qlobal miqyasda getdikcə daha çox sənayeləşdiyi bir dövrdə yaşayırıqsa, o zaman gələcək onilliklərdə bizi hansı tibbi və sosial problemlər gözləyə bilər?
Məsələyə riyazi və epidemioloji baxışla yanaşdıqda ortaya çıxan mənzərə olduqca ciddi və düşündürücüdür. Bu artıq təkcə bir ailənin problemi deyil. Bu, bütövlükdə cəmiyyətin gələcək sağlamlığı məsələsidir.
Valideynlər, müəllimlər, həkimlər və qərar verən insanlar olaraq bu reallığı bu gündən dərk etməliyik. Hər bir dəyişiklik isə ilk növbədə evdən və məktəbdən başlayır. Uşaqlarımızı hərəkətə təşviq etmək, açıq havaya yönəltmək və sağlam həyat tərzini gündəlik həyatın bir hissəsinə çevirmək bizim ortaq məsuliyyətimizdir. Çünki bəzən ən böyük tibbi xidmət xəstəlikləri müalicə etmək deyil, uşaqların xəstəliklərdən uzaq, aktiv və sağlam böyüməsinə imkan yaratmaqdır."
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654