Müasir tibbin ən böyük nailiyyətlərindən biri olan endoskopik üsullar sayəsində mədə və bağırsaq polipləri artıq ənənəvi cərrahi kəsiklər olmadan, tamamilə təhlükəsiz şəkildə xaric edilir.
Azmedinfo.az xəbər verir ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahı, həkim-qastroenteroloq Fərahim Məmmədzadə bu metodun xəstələr üçün həm minimal travmatik, həm də çox qısa bərpa müddəti tələb edən ən effektiv yanaşma olduğunu bildirib. Prosedur zamanı poliplər endoskopik yolla müayinə edilir, diqqətlə izlənilir və zərurət yarandığı təqdirdə dərhal müdaxilə edilərək çıxarılır.
Ekspert qeyd edir ki, poliplərin endoskopik yolla çıxarılması ümumilikdə yüksək təhlükəsizlik profilinə malik olsa da, nəzəri olaraq qanaxma və ya mədə-bağırsaq divarının deşilməsi (perforasiya) kimi nadir fəsadlar ehtimalı mövcuddur. Lakin həkim özünün 20 illik peşəkar təcrübəsində bu cür hallarla heç vaxt rastlaşmadığını vurğulayaraq, nəticənin uğurlu olmasında həkim səriştəsi ilə yanaşı, istifadə olunan avadanlığın keyfiyyətinin həlledici rol oynadığını diqqətə çatdırır.
Hazırda Tədris Cərrahiyyə Klinikasında tətbiq edilən yeni nəsil endoskopik cihazlar ən kiçik riskləri belə sıfıra endirməyə və müalicənin effektivliyini maksimuma çatdırmağa imkan verir.
Texnoloji yeniliklər endoskopiyanın sərhədlərini genişləndirərək, gələcəkdə bəzi hallarda mədənin endoskopik üsulla kiçildilməsi kimi daha mürəkkəb manipulyasiyaların tətbiqinə də şərait yaradır. Tədris Cərrahiyyə Klinikası bu istiqamətdə fəaliyyətini genişləndirərək, yaxın vaxtlarda ən müasir avadanlıqlar sayəsində yeni növ əməliyyatların icrasını planlaşdırır. Bu inkişaf kursu klinikanın həm yerli, həm də beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli tibbi xidmət göstərmək missiyasının tərkib hissəsidir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654