D vitamini prediabeti (şəkərönü vəziyyəti) olan bəzi insanlarda tip 2 diabetin qarşısını ala bilər. Lakin aparılan son araşdırmalar göstərir ki, bu fayda tamamilə bədənimizin genetik quruluşundan asılıdır.
Azmedinfo.az xəbər verir ki, həkim-endokrinoloq Fərhad Burzu mövzu ilə bağlı mühüm məqamlara aydınlıq gətirib. Ekspert bildirib ki, D vitamininin bədəndə effektiv işləməsi üçün xüsusi qəbuledicilərə (reseptorlara) ehtiyacı var: "İnsanların genetikası fərqli olduğu üçün bu qəbuledicilər də fərqli funksiya yerinə yetirir. Nəticədə D vitamini bəzi insanlara yüksək səviyyədə kömək etdiyi halda, bəzilərində heç bir təsir göstərmir".
Məlumata görə, genişmiqyaslı bir araşdırmada prediabet diaqnozu qoyulmuş 2000-dən çox insanın tibbi göstəriciləri analiz edilib. İki qrupa bölünən könüllülərin hər biri gündəlik yüksək dozada (4000 IU) D3 vitamini qəbul edib.
Təxminən 2.5 il davam edən analizlərin nəticəsi isə olduqca təəccüblü olub. CC və ya AC genotipinə sahib olan şəxslərdə D vitamini qəbulu şəkər xəstəliyi riskini 19% azaldıb. AA genotipinə sahib olanlarda isə bu vitamin demək olar ki, heç bir müsbət təsir göstərməyib.
Endokrinoloq vurğulayıb ki, tip 2 diabet çox mürəkkəb xəstəlikdir və bədəndə onunla bağlı 500-dən çox genetik faktor mövcuddur. D vitamini bu böyük və mürəkkəb sistemin sadəcə kiçik bir hissəsidir, ona görə də onun effekti hər insanda eyni olmur.
Gələcəkdə genetik testlərin inkişafı sayəsində hər bir xəstə üçün fərdi, daha dəqiq və uyğun müalicə metodunun seçilməsi mümkün olacaq.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654