Respublika Dəri-Zöhrəvi Mərkəzinin həkim-dermatonevroloqu Quba Rüstəmova müasir həyat tərzinin, ekoloji faktorların və qeyri-düzgün qidalanma vərdişlərinin dəri xəstəliklərinin yayılmasına birbaşa təsir göstərdiyini bildirib.
Azmedinfo.az xəbər verir ki, mütəxəssis əhalinin düzgün dəri baxımı, günəşdən qorunma üsulları və özbaşına müalicənin fəsadları barədə daha geniş maarifləndirilməsinə ciddi ehtiyac olduğunu vurğulayıb. Həkimin sözlərinə görə, dərinin sağlam qalması üçün ilk növbədə balanslı qidalanma, keyfiyyətli yuxu, normal həzm sistemi və psixoloji sabitlik mühüm əhəmiyyət kəsb edir.
Quba Rüstəmova son illərdə sürətlə inkişaf edən lazer texnologiyalarının çapıq, ləkə və damar mənşəli problemlərin müalicəsində yüksək effektivlik nümayiş etdirdiyini qeyd edib. Bununla belə, ekspert pasiyentlərin həkim məsləhəti olmadan apteklərdən aldıqları krem və losyonlardan istifadə etməsinin sonradan diaqnostika prosesini çətinləşdirdiyini diqqətə çatdırıb. Dermatonevroloq yüksək hərarətlə müşayiət olunan səpkilər, qızartı, eləcə də dəridə yeni yaranan xal və törəmələrdə qanama və ya dartınma hissi müşahidə edildikdə vaxt itirmədən həkimə müraciət etməyin vacibliyini bildirib. Onun qənaətincə, bu cür vaxtında edilən müraciətlər dəri xərçəngi kimi ciddi xəstəliklərin erkən aşkarlanmasında həlledici rol oynayır.
Gənclər arasında tez-tez rast gəlinən akne, allergiya və saç tökülməsi mövzusuna toxunan həkim, bu problemlərin hormonal disbalans, genetik meyl, stress və mikroelement çatışmazlığı ilə bağlı olduğunu ifadə edib. Quba Rüstəmova sosial şəbəkələrdə yayılan və fərdi xüsusiyyətlər nəzərə alınmadan tətbiq edilən "dəriyə qulluq trendləri"nin insan sağlamlığı üçün ciddi təhlükə yaratdığı barədə xəbərdarlıq edib. Mütəxəssis bu cür nəzarətsiz kosmetik vasitələrin istifadəsinin allergik reaksiyalara, hiperpiqmentasiyaya və damar genişlənməsinə yol açdığını bildirərək, məhsul seçiminin yalnız həkim tövsiyəsi ilə aparılmalı olduğunu vurğulayıb.
Günəş şüalarının zərərli təsirlərindən danışan dermatoloq, SPF vasitələrinin günəşə çıxmazdan 15-20 dəqiqə əvvəl çəkilməli və hər iki saatdan bir mütləq yenilənməli olduğunu diqqətə çatdırıb. O, xüsusilə lazer, pilinq və retinoid tərkibli preparatların istifadəsindən sonra günəşdən qorunma qaydalarına daha ciddi riayət edilməsinin vacibliyini qeyd edib. Ekspert daxili orqanlarda, xüsusən şəkərli diabet, böyrək çatışmazlığı və qalxanabənzər vəz xəstəlikləri zamanı dəridə diffuz qaşınma, quruluq, saç tökülməsi və müxtəlif ləkələrin yarana biləcəyini, dərinin orqanizmin daxili vəziyyətinin aynası olduğunu xatırladıb.
Sonda sağlam dərinin əsas şərtlərini sıralayan Quba Rüstəmova əhaliyə gündəlik olaraq dəri tipinə uyğun üz yuma vasitələrindən və nəmləndiricilərdən istifadə etməyi tövsiyə edib. 25-30 yaşdan sonra dərinin tonusunu qorumaq üçün həkim nəzarəti altında biorevitalizasiya və kollagen stimullaşdırıcı prosedurların faydalı ola biləcəyini deyən həkim, yağlı dəri sahiblərinə isə su əsaslı kremlərə və xüsusi losyonlara üstünlük verməyi məsləhət görüb.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654