Mədənin daxili selikli qişasının uzunmüddətli iltihab nəticəsində nazilməsi və normal vəzilərin tədricən məhv olması ilə xarakterizə olunan atrofik qastrit, həzm sisteminin ən ciddi patologiyalarından biri hesab olunur.
Azmedinfo.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən qastroenteroloq, hepatoloq və invaziv endoskopist Dr. Aqil Ağakişiyev bildirib ki, bu xəstəlik zamanı mədə turşusu və həzm prosesi üçün həyati əhəmiyyət kəsb edən maddələrin ifrazında kəskin azalma müşahidə edilir.
Mütəxəssis qeyd edib ki, atrofik qastritin formalaşmasında əsas təkanverici amillər kimi Helicobacter pylori infeksiyası, orqanizmdə gedən autoimmun proseslər, xroniki xarakter almış qastrit, eləcə də siqaret və alkoqol kimi zərərli vərdişlər çıxış edir. Pasiyentlərin diqqətli olmalı olduğu əsas kliniki əlamətlər sırasına mədədə mütəmadi ağırlıq və yanma hissi, güclü şişkinlik, yemək zamanı normadan daha tez doyma, xroniki ürəkbulanma, həmçinin xəstəliyin gizli fəsadı olaraq meydana çıxan B12 vitamini çatışmazlığı və qanazlığı daxildir.
Xəstəliyin daha təhlükəli mərhələsi olan İntestinal Metaplaziya məsələsinə toxunan ekspert vurğulayıb ki, bu patologiya adətən atrofik qastritin proqresivləşən davamı kimi meydana gəlir və bu prosesdə normal mədə hüceyrələri öz funksiyasını itirərək bağırsaq tipli hüceyrələrlə əvəzlənir.
Həkim bu diaqnozun tibb dünyasında xərçəngdən öncəki bir mərhələ qəbul edildiyini, lakin bunun mütləq şəkildə onkoloji xəstəliyə çevriləcəyi mənasına gəlmədiyini diqqətə çatdırıb. Həkimin sözlərinə görə, burada söhbət yalnız xərçəng ehtimalının yüksəlməsindən gedir və İntestinal Metaplaziya diaqnozu olduqca ciddi qəbul edilərək mütəmadi nəzarətdə saxlanılmalıdır.
Ekspert sonda onu da əlavə edib ki, patologiya erkən mərhələdə aşkarlanıb doğru müalicə taktikası ilə idarə olunarsa, xərçəng riski minimuma enir və bu səbəbdən vaxtında edilən endoskopik müayinələr pasiyentlər üçün həyat xilas edici rol oynayır.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654