Atalar və qızlar - Həyata yazılan qürur dastanı
27 Fevral 2025
1720
Rubrikamızın növbəti qəhrəmanları Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasında uzun illərdir ki, həkim-cərrah vəzifəsində çalışan Məhəbbət Səmədov və onun qızı Naridə Səmədovadır. M.Səmədovun həyat yoldaşı Afilə xanım da uzun illər mərkəzi xəstəxanada tibb bacısı kimi çalışıb:
Azmedinfo.az həkim ailəsinin həyat hekayəsini təqdim edir:
“Beş övladım var, onlardan üçü qızdır. Qızlarımdan üçü də ali təhsillidir. Onların hər biri mənim kimi təhsilini bitirdikdən sonra öz rayonlarına qayıtdı və burada işə başladılar. Qızlarımdan biri məktəbdə müəllim, biri Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Cəbrayıl rayon bölməsində həkim, sonuncu qızım Aysel isə Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasında mama vəzifəsində çalışır.
Mən hər üç qızımla qürur duyur, fəxr edirəm. Onların hər birinin öz işlərində peşəkar olması, ən əsası rayonumuz üçün yorulmadan çalışması məni qürurlandırır”.
Naridə Səmədova həkim olmağında əsas səbəbinin valideynləri olduğunu bildirir:
“Ailəmizdə atam həkim, anam isə tibb bacısı olub. Atamın işi ağır olsa da, hər gün bizimlə maraqlanır və təhsilimizə xüsusi diqqət yetirirdi. Bəzi ailələrdə olduğu kimi, valideynlərimiz heç vaxt qardaşlarımızı bizdən üstün tutmayıb, hər birimizə eyni qayğını göstərib. Mənim həkim olmaqda əsas səbəbim atamın I Qarabağ müharibəsi zamanı hərbi hospitalda həkim-ümumi cərrah kimi çalışıb hərbiçilərimizə yardım göstərməsi və yorulmadan bu işi davam etdirməsi oldu. O dövrdən artıq qarşıma məqsəd qoymuşdum ki, mən də onun kimi həkim olacam və şükürlər olsun ki, bu gün onun yolunu davam etdirirəm.
Bütün valideynlərə səslənirəm ki, qızlarınızı qoruyun və onlara təhsil almaqlarında dəstək olun”.
Qeyd edək ki, “Atalar və qızlar” rubrikasının məqsədi qız uşaqlarına qarşı ayrı seçkiliyin aradan qaldırılmasına, onlara olan münasibətin birmənalı olaraq dəyişməsinə və onlar üçün sağlam mühitin formalaşmasına təsir etməkdir.
“Atalar və qızlar” rubrikasının qəhrəmanları selektiv abortların qurbanına çevrilməyən, əksinə bu həyata gəlib, uğurla mübarizə aparan və bu mübarizədən qalib çıxan qız övladlarıdır.
Təəssüf ki, son illər Azərbaycanda müşahidə olunan demoqrafik proseslərin təhlili doğulan uşaqlar arasında oğlanların üstünlük təşkil etməsini göstərir. Təbii cinsi tarazlığın pozulması isə cəmiyyət, qadının sağlamlığı və gələcək üçün ciddi təhdiddir!
Gəlin elə yaşayaq ki, heç bir uşaq cinsi ayrı-seçkiliyə məruz qalmasın!
Bir gün onlar sizin fəxriniz ola bilər!
Selektiv abortlara "YOX" deyək!
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654