Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
18 İyun 2026, Cümə axşamı, 14:24
Əlaqə vasitələri
Bizimlə əlaqə
Həkim kolonoskopiya ilə bağlı xəbərdarlıq etdi - 40 yaşdan sonra həyati risk artır
16 İyun 2026
66
Həkim kolonoskopiya ilə bağlı xəbərdarlıq etdi - 40 yaşdan sonra həyati risk artır

Kolonoskopiya yoğun bağırsağın daxili səthinin xüsusi kamera vasitəsilə müayinə olunmasıdır və həzm sistemi xəstəliklərinin erkən aşkarlanmasında ən vacib müayinələrdən biri hesab olunur.

 

Azmedinfo.az xəbər verir ki, qastroenteroloq, hepatoloq və invaziv endoskopist Aqil Ağakişiyevin sözlərinə görə, bu müayinə xüsusilə 40 yaşdan sonra mütəmadi aparıldıqda bir çox ciddi xəstəliyin vaxtında aşkarlanmasına və qarşısının alınmasına imkan yaradır.

 

Yaş artdıqca yoğun bağırsaqda polip, xroniki iltihab və hüceyrə dəyişikliklərinin yaranma ehtimalı artır. Bu dəyişikliklər uzun müddət heç bir əlamət verməyə bilər. Ən təhlükəli məqam isə bəzi poliplərin zamanla kolorektal xərçəngə çevrilə bilməsidir.

 

Kolonoskopiya aşağıdakı problemlərin aşkarlanmasına kömək edir:

 

  • Poliplər
  • Yoğun bağırsaq xərçəngi
  • Xora və iltihablar
  • Gizli qanaxmalar
  • Xroniki bağırsaq xəstəlikləri

Bir çox insan yalnız simptomlar meydana çıxdıqda müayinəyə müraciət edir. Halbuki bağırsaq xərçəngi erkən mərhələdə çox vaxt gizli inkişaf edir və əlamətlər ortaya çıxdıqda gecikmiş ola bilər. Buna görə də xüsusilə 40 yaşdan sonra kolonoskopiya vacib profilaktik müayinə kimi tövsiyə olunur.

Ən çox oxunanlar