Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
20 İyun 2026, Şənbə, 21:00
Əlaqə vasitələri
Bizimlə əlaqə
Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya şöbəsi beynəlxalq akkreditasiyadan keçib
20 İyun 2026
74
Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya şöbəsi beynəlxalq akkreditasiyadan keçib

Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya şöbəsi Avropa Kardiologiya Cəmiyyəti (ESC) və Avropa Ürək Ritm Assosiasiyası (EHRA) tərəfindən rəsmi tədris mərkəzi statusu alaraq akkreditasiyadan keçib. Bununla da mərkəz dünyada bu sahə üzrə tanınan cəmi 39 rəsmi tədris mərkəzindən birinə çevrilib.

Azmedinfo.az xəbər verir ki, yeni status çərçivəsində Azərbaycanda aritmologiya üzrə beynəlxalq standartlara uyğun tədris proqramlarının həyata keçirilməsi, həmçinin xarici mütəxəssislərin təlim alması üçün imkanlar yaranacaq. Veriləcək sertifikatların Avropa Kardiologiya Cəmiyyəti tərəfindən tanınacağı bildirilib.

Bu mühüm nailiyyətin əldə olunmasında Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya şöbəsinin rəhbəri Fərid Əliyevin və bütün həkim, tibb bacısı, texniki və inzibati heyətin xüsusi əməyi vurğulanıb.

Qeyd olunur ki, bu nəticə təkcə bir mərkəzin deyil, ümumilikdə Azərbaycan səhiyyəsinin beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisidir.

Ən çox oxunanlar