ABŞ hökumətinin Sığorta Xidmətlərinin direktoru təyin olunmuş Mehmet Özünün bir müddət öncə verdiyi bəyanata əsasən, GLP-1 analoqu (arıqlama iynələri) preparatlarının aylıq qiyməti vətəndaşlara 50 dollara təklif olunacaqdır. Yeri gəlmişkən, Azərbaycanda bu rəqəm 130 dollardır.
Azmedinfo.az xəbər verir ki, məsələyə bir mütəxəssis kimi həssaslıqla yanaşan həkim-endokrinoloq Fərhad Burzu qeyd edir ki, ölkədə 110-120 milyon insanın artıq çəkili olduğunu nəzərə alsaq, dövlət tərəfindən görülən bu tədbir əvəzolunmazdır. Bu insanların müalicə olunmadıqları təqdirdə, qısa müddətdə ürək-qan damar, diabet və onkoloji kimi ağır xəstəliklərə düçar olacağı hər kəsə məlumdur. Piylənmənin səbəb olduğu bu ağırlaşmaların üzərinə əlillik riskini də gəlsək, problemin nə qədər ciddi və əhəmiyyətli olduğu aydın şəkildə bəlli olur.
Həkim qeyd edib ki, ölkəmizdəki vəziyyəti araşdırarkən isə Dövlət Statistika Komitəsinin (DSK) verdiyi məlumata əsasən, 2025-ci ildə Azərbaycanda rəsmi olaraq 814 000 artıq çəkili insanın olduğu məlum olur. Bu rəqəmin Ümumdünya Səhiyyə Təşkilatının orta statistikasından xeyli az olması ölkədəki tibbi statistikanın yetərsizliyindən xəbər verir və real rəqəmin ölkəmizdə qeyd olunandan ən azı 2 dəfə çox olduğu hesab edilir. Təəssüf ki, hazırda ölkəmizdə ambulator tibbi xidmət çərçivəsində insanlara artıq çəki ilə bağlı hər hangi bir xidmət göstərilmir, poliklinikalarda və dövlət xəstəxanalarında piylənmənin müalicəsi üçün heç bir tədbir nəzərdə tutulmur. Mövcud endokrinoloqlar tam gücləri ilə işləsələr də, onların imkanları yalnız diabetli xəstələrə xidmət göstərməyə yetirir.
"Ölkəmizdə ambulator tibbi xidmət göstərən qurumlar və onların rəhbərləri anlamalıdırlar ki, çəkisi azaldılmayan insanlar qısa müddətdə ürək-qan damar sisteminin pozulması, diabet və onkoloji xəstəliklərlə üzləşirlər. İnsanları bu ağırlaşmalardan qorumaq üçün çəkilərini azaltmaq və ümumiyyətlə, piylənmə əleyhinə effektiv tədbirlər planı həyata keçirmək aidiyyatı qurumlar üçün hazırkı dövrdə çox vacib bir vəzifədir. Bu tədbirlər planına həm dərman təminatı, həm mədə balonları, həm də ehtiyac yaranarsa, bariatrik cərrahiyyə əməliyyatları daxil edilməlidir. Unutmaq olmaz ki, vaxtında azaldılmayan çəki eyni zamanda gələcəkdə əlillik dərəcələrinin artması ilə dövlət büdcəsinə də əlavə yük olacaqdır", - deyə ekspert vurğulayıb.
Sonda əlavə edib ki, bütün bunlara görə, ölkədə ya piylənmə ilə bağlı xüsusi Dövlət Proqramı tərtib olunmalı, ya da ki aidiyyatı qurum (TƏBİB) poliklinika və dövlət xəstəxanalarında piylənmə (obezitə) müalicə otaqları ayıraraq vətəndaşlara müvafiq xidmətin göstərilməsini təşkil etməlidir.
Yemək blogerlərinin gecə-gündüz sosial şəbəkələrdə yeyib-içməyi təbliğ edərək insanları obezitəyə yönəltməsi barəsində də yazacaqdım, amma yazmadım. Nənələr demişkən, hamısını indi yazsam, sabaha nağıl qalmaz.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654