Kron mədə-bağırsaq sisteminin ağız boşluğundan düz bağırsaq da daxil olmaqla istənilən sahəsini zədələyə bilən xroniki iltihabi xəstəlikdir. Bu xəstəlik zamanı iltihabi proses bağırsaq divarında eroziya və xoraların əmələ gəlməsinə səbəb olur. Bunlar bağırsaq xərçənginin yaranma ehtimalını artırır.
Azmedinfo.az xəbər verir ki, erkən diaqnoz və düzgün müalicə ilə bu riski minimuma endirmək, zədənin geniş sahə almasının qarşısını almaq mümkündür. Müalicə vaxtında edilmədikdə bağırsaq keçməzliyi, qanaxma, anemiya (qan azlığı), vitamin və mineral maddələrin çatışmazlığı, immun sisteminin zəifləməsi, oynaq, göz, dəri və qaraciyər xəstəlikləri yarada bilir.
Kron xəstəliyinin müayinəsi, stasionar terapevtik müalicəsi və ağırlaşmalar zamanı həyata keçirilən cərrahi əməliyyat icbari tibbi sığorta ilə qarşılanır.
Xəstəliyin diaqnostika və terapevtik müalicəsi qastroenteroloq, cərrahi əməliyyat isə ümumi cərrah tərəfindən aparılır. İxtisaslı həkim müayinəsi, USM, MRT, KT, qan, nəcis, kron-kolit paneli və digər laborator analizlər, qastroskopiya, irriqoskopiya, kolonoskopiya, nazik və yoğun bağırsağın açıq və qapalı biopsiyası və cərrahi əməliyyat icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir.
Müalicə adətən konservativ üsul, yəni dərmanların qəbulu ilə başlayır və effektiv olmadığı hallarda cərrahi müdaxilələrlə davam edir. Cərrahi əməliyyat zamanı bağırsağın zədəli hissəsi çıxarılır və sağlam bağırsaq ucları birləşdirilir (bağırsaq rezeksiyası, anastomoz qoyulması) və ya bağırsağın bir ucu qarının ön divarına tikilir (ileostomiya, kolostomiya). Əməliyyat zamanı stasionarda yatış, qidalanma, istifadə edilən dərman, tibbi sərf və anesteziya xidməti icbari tibbi sığorta hesabına qarşılanır.
İcbari tibbi sığorta ilə sözügedən tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında və göndəriş əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) icra olunur.
Məlumat üçün bildirək ki, kron xəstəliyi gənclərin xəstəliyi hesab edilir, daha çox 15-35 yaşlı insanlarda rast gəlinir. Bu xəstəliyin başlıca yaranma səbəbi immun sisteminin disfunksiyası - bağırsaq florasına, bağırsağa daxil olan qidaya, normal bağırsaq hüceyrələrinə patoloji immun cavabıdır. Yəni, immun sistemi həmin amilləri yanlışlıqla yad amillər kimi qəbul edərək məhv etməyə çalışır və nəticədə iltihab, selikli qişada eroziya və xora inkişaf edir. Bundan əlavə, genetik meyillilik, ailə anamnezi, bakterial və virus mənşəli bağırsaq infeksiyaları, qidalanma və ətraf mühit, tütün istifadəsi kimi amillər də xəstəliyin yaranma səbəblərindəndir. Kron xəstəliyi kəskin qarın ağrısı və sancılar, davamlı ishal, qanlı nəcis, çəki itkisi, qızdırma, yorğunluq, ağızda yaralar, anal nayihədə çatlar və digər simptomlarla müşahidə olunur.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026784
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026752
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654