Son illərdə ən çox rast gəlinən suallardan biri insulin dirənci diaqnozu qoyulan şəxslərin dərhal metformin qəbuluna başlamasının doğru olub-olmamasıdır.
Azmedinfo.az xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzinin Endokrinologiya şöbəsinin müdiri, həkim-endokrinoloq, tibb üzrə fəlsəfə doktoru Oqtay Hüseynovun sözlərinə görə, HOMA-IR göstəricisi 2.7-dən yuxarı çıxdıqda dərhal dərmana başlamaq hər zaman doğru və vacib yanaşma hesab olunmur.
Ekspert bildirir ki, burada ən mühüm məqam insulin müqavimətinin müstəqil bir xəstəlik deyil, orqanizmdə maddələr mübadiləsinin mövcud vəziyyətini əks etdirən bir göstərici olduğunu anlamaqdır.
Əgər pasiyentdə:
acqarına qan şəkəri normal həddədirsə,
qlikozilləşmiş hemoqlobin (HbA1c) göstəricisi normadadırsa,
diabet və ya prediabet diaqnozu təsdiqlənməyibsə,
yalnız yüksək HOMA-IR nəticəsinə əsaslanaraq metformin təyin etmək düzgün deyil.
Bəzən insulin səviyyəsinin 15–20 aralığında olması pasiyentlərdə mütləq dərman müalicəsi tələbatı illüziyası yaradır. Lakin qanda insulin səviyyəsi son dərəcə dəyişkəndirsə, çəki, günlük qidalanma, fiziki aktivlik, stress dərəcəsi və hətta laboratoriyanın analizişləmə metodikası bu göstəriciyə birbaşa təsir edir.
Müasir beynəlxalq tibbi protokollara və tövsiyələrə əsasən, metformin prediabet mərhələsində olan və xüsusilə yüksək risk qrupuna daxil edilən şəxslərdə nəzərdən keçirilir.
İnsulin müqavimətinin bərpasında əsas və en effektiv müalicə üsulları aşağıdakılardır:
artıq bədən çəkisinin azaldılması,
müntəzəm fiziki aktivliyin təmin olunması,
balanslaşdırılmış düzgün qidalanma,
kifayət qədər və keyfiyyətli yuxu rejimi.
Tibbi faktlar göstərir ki, bədən çəkisinin cəmi 5–10% azalması belə dokular səviyyəsində insulin həssaslığını əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa qadirdir.
Metformin effektiv və faydalı preparat olsa da, hər yüksək HOMA-IR göstəricisi metformin resepti yazılması üçün əsas deyil. Müalicə strategiyasında təcrid olunmuş analiz cavabına dəyil, pasiyentin ümumi kliniki vəziyyətinə kompleks baxılmalıdır.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654