Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
07 Sentyabr 2026, Bazar ertəsi, 15:53
Əlaqə vasitələri
Bizimlə əlaqə
Həkim öd daşlarının təhlükəli fəsadları və ERCP ilə müalicəsindən danışdı
27 Avqust 2026
156
Həkim öd daşlarının təhlükəli fəsadları və ERCP ilə müalicəsindən danışdı

Öd daşları ödün tərkibindəki maddələrin, xüsusilə xolesterin və bilirubin tarazlığının pozulması, eləcə də öd kisəsinin kifayət qədər boşalmaması nəticəsində yaranır.

 

Azmedinfo.az xəbər verir ki, qastroenteroloq, hepatoloq, invaziv endoskopist Aqil Ağakişiyevin sözlərinə görə, bu daşlar öd yollarına keçərək axının qarşısını kəsdikdə güclü qarın ağrısı, mexaniki sarılıq, öd yollarının iltihabı (xolangit) və mədəaltı vəzinin iltihabı (pankreatit) kimi ciddi fəsadlara səbəb ola bilər.

 

Mütəxəssis qeyd edir ki, öd yollarında yaranan bu cür tıxanmaların aradan qaldırılmasında ən təhlükəsiz və effektiv üsul minimal invaziv ERCP (endoskopik retroqrad xolangiopankreatoqrafiya) prosedurudur. Heç bir cərrahi kəsik aparılmadan tətbiq edilən bu prosedur vasitəsilə öd yollarına daxil olunur, xüsusi alətlərlə daşlar çıxarılır və orqanizmdə normal öd axını qısa müddətdə tam bərpa edilir.


Daha ətraflı videodan izləyin.

Ən çox oxunanlar