Azərbaycanda hipertenziya ilə mübarizə layihəsinə start verildi
02 Mart 2025
970
Azərbaycanda “Hədəf 130/80” adlı hipertenziya ilə mübarizə layihəsinə start verilib. Bu barədə məlumat tibb sahəsində çalışan şəxslərin iştirakı ilə keçirilən konfransda bildirib.
Azmedinfo.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi xidmətlər və dərman vasitələri departamentinin rəhbəri Nərgiz Ağayeva çıxışında qeyd edib ki, zərərli vərdişlərə, qeyri-sağlam həyat tərzinə meyl, az hərəkətlilik qeyri-infeksion xəstəliklərin artmasına və cavanlaşmasına səbəb olur. İcbari tibbi sığorta çərçivəsində aparılan profilaktik müayinələr və erkən müalicə tədbirləri bu xəstəliklərin qarşısını almağa kömək edir.
TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov isə vurğulayıb ki, bu layihənin əsas məqsədi, insanları qan təzyiqinə və qanda şəkərin səviyyəsinə nəzarət etmələri üçün sağlam həyat tərzinə çağırmaqdır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin Müraciətlərlə iş şöbəsinin müdiri Babək Tatlıyev, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəsi Hande Harmancı, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Ülvi Mirzoyev və "Servye Azərbaycan" şirkətinin direktoru Rişad Təhməzovun da çıxış etdiyi konfransda layihənin qeyri-infeksion xəstəliklərin profilaktikasında mühüm rol oynadığı qeyd edildi. İl ərzində davam edəcək bu kampaniya çərçivəsində əhali arasında maarifləndirmə aparılacaq və tibbi xidmətlərə əlçatanlıq artırılacaq.
Layihə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Kardiologiya Cəmiyyəti və "Servye Azərbaycan" şirkəti tərəfindən həyata keçirilir.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654