Tələbələri üçün beyin ölümü və orqan donorluğuna dair seminarlar təşkil edildi
03 Mart 2025
1030
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin (ODTKM) sədri Yeganə Abbasova Azərbaycan Tibb Universitetinin tələbələri, İ.M. Seçenov adına Moskva Tibb Universitetinin Bakı filialının və ATU- nun rezidentləri ilə fevralın 26- və 28-də iki seminar keçirib. Hər iki tədbir beyin ölümü və orqan donorluğu mövzusuna həsr olunub, iştirakçılara bu sahədəki tibbi və etik məsələlər haqqında ətraflı məlumat verilib.
Azmedinfo.az xəbər verir ki, fevralın 26-da keçirilən seminar, Xocalı faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Tədbirdə Yeganə Abbasova, faciənin insanlığa qarşı törədilmiş ağır cinayətlərdən biri olduğunu və bu cür hadisələrin insan həyatının dəyərini bir daha xatırlatdığını vurğulayıb. Seminar zamanı beyin ölümü diaqnozunun qoyulması, diaqnostik üsullar, əlavə tədqiqat metodları və beynəlxalq standartlar haqqında geniş məlumat verilib. Yeganə Abbasova elektrofüzioloji testlər, beyin qan dövranını göstərən angiografiya, radioizotop skanlama və transkranial doppler ultrasəs müayinəsi kimi üsulların əhəmiyyətini izah edib. O, həmçinin beyin ölümü diaqnozunun tibbi və hüquqi aspektlərinə də toxunaraq, bunun çoxmərhələli bir proses olduğunu və yalnız ixtisaslaşmış komissiyanın rəyi əsasında qoyulmalı olduğunu qeyd edib. Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb və orqan donorluğunun əhəmiyyəti bir daha vurğulanıb.
Fevralın 28-də keçirilən ikinci seminar, İ.M. Seçenov adına Moskva Tibb Universitetinin Bakı filialının və Tibb Universitetinin rezidentlərinə beyin ölümü diaqnostikasının daha dərindən izah edilməsinə həsr olunub. Yeganə Abbasova, beynəlxalq təcrübədən nümunələr təqdim edərək, beyin ölümü və orqan transplantasiyası sahəsindəki mövcud yanaşmaları izah edib. O, bu sahədə düzgün diaqnostikanın və cəmiyyətin məlumatlandırılmasının vacibliyini qeyd edərək, orqan donorluğunun yalnız tibb sahəsində deyil, həm də cəmiyyətin inkişafı və insan hüquqlarının qorunması baxımından böyük rol oynadığını vurğulayıb. Tədbir zamanı iştirakçılara gələcəkdə bu sahədə ixtisaslaşan həkimlərin üzərinə düşən məsuliyyətlərdən danışılıb və etik məsələlər müzakirə olunub.
Hər iki seminarın sonunda iştirakçılara Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin (ODTKM) loqosu ilə hazırlanmış köynəklər və kepkalar hədiyyə edilib. Bu tədbirlər, tibb tələbələrinə və həkimlərə beyin ölümü və orqan donorluğu sahəsində daha dərin biliklər əldə etməyə və bu sahədəki vacib məsələlərə dair maarifləndirmə işləri aparmağa kömək edib.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654