Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
07 Sentyabr 2026, Bazar ertəsi, 17:42
Əlaqə vasitələri
Bizimlə əlaqə
Gənclərə zərərli vərdişlərdən uzaq olmaq tövsiyə edilib
08 Mart 2025
496
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə 53 və 335 nömrəli məktəblərdə narkomaniyanın təhlükəli təsirlərinə həsr olunmuş maarifləndirici tədbirlər keçirilib.
 
Azmedinfo.az xəbər verir ki, İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini, həkim Ülkər Camalova təqdimatla çıxış edərək narkomaniya ilə mübarizə mövzusunda ətraflı məlumat verib. O, iştirakçıları zərərli vərdişlərin mənfi təsirləri və təhlükəli fəsadları barədə geniş məlumatlandırıb.
 
Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Nailə İbrahimova zərərli vərdişlərlə mübarizədə maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq, iştirakçıları öz sağlamlıqlarına məsuliyyətlə yanaşmağa, sağlam həyat tərzi keçirməyə çağırıb.
 
Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar təqdim edilib.
Ən çox oxunanlar