Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
24 İyul 2026, Cümə, 06:12
Əlaqə vasitələri
Bizimlə əlaqə
Şirvanda göz sağlamlığına yönəlik yeni addım
11 Mart 2025
534
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında kataraktanın ultrasəs fakoemulsifikasiyası və intraokulyar linzanın implantasiyası əməliyyatlarına başlanılıb.
 
Azmedinfo.az xəbər verir ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına müraciət edən 15-ə yaxın vətəndaş üzərində kataraktanın ultrasəs fakoemulsifikasiyası və intraokulyar linzanın implantasiyası icra edilib. Əməliyyatdan sonra hər bir pasiyent həmin günü ambulator müalicə üçün evə buraxılıb.
 
Məlumat üçün bildirək ki, bu cərrahi müdaxilə zamanı kəsiyin 2 mm olması, əməliyyatın qısa müddətdə (təxminən 5-10 dəqiqə) icrası və sağalma prosesinin sürətli olması kimi üstünlükləri mövcuddur.
 
Qeyd edək ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində oftalmoloji müayinələrlə yanaşı katarakta, pterigium, qlaukoma, xroniki dakriosistit və çəpgözlük kimi bir sıra göz əməliyyatları da icra olunur.
Ən çox oxunanlar