Kistoz-fibroz irsi metabolik xəstəlik olub, əsasən tənəffüs, həzm və endokrin sistemdə fəsadlara səbəb olur. Xəstəliyin dəqiq və vaxtında müəyyən edilməsi onun idarə olunması və pasiyentlərin həyat keyfiyyətinin artırılması baxımından vacibdir. Kistoz-fibrozun diaqnostika və stasionarda terapevtik müalicəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində təminata alınıb.
Azmedinfo.az xəbər verir ki, xəstəlik, xüsusilə erkən yaş dövründə müəyyən əlamətlərlə özünü büruzə verir. Yenidoğulmuşlarda bu xəstəliyin əsas göstəricilərinə uzun müddət davam edən sarılıq, düz bağırsağın sallanması, xroniki diareya və ya qəbizlik, davamlı öskürək, təngnəfəslik, pnevmoniya, pankreatit, dərinin duzlu dadda olması, azçəkililik, əzələ, oynaq ağrısıvə fiziki inkişafın ləngiməsi daxildir. Xəstəliyin əlamətləri uşağın yaşından asılı olaraq dəyişir və fərqli simptomlarla özünü göstərir.
Kistoz-fibroz xəstəliyinin dəqiq diaqnostikası üçün kompleks yanaşma tələb olunur. Kistoz-fibrozlu uşaqlar erkən diaqnoz qoyulmadıqda ciddi tənəffüs və həzm problemləri ilə qarşılaşa bilər. Diaqnostika üçün aparılan əsas laborator analizlər ionoforez metodu ilə tərin toplanması, tər testində xlor və natrium ionlarının miqdarının müəyyən edilməsi, pankreatik elastaza-1 testi, qanda və bəlğəmdə bakterioloji analizləridir. Bu laborator analizlərin hər biri icbari tibbi sığorta çərçivəsində tam şəkildə qarşılanır.
“Tər testi” bu xəstəliyin diaqnostikasında "qızıl standart" hesab olunur. Tər testinin nəticələrinin dəqiqləşdirilməsi üçün genetik testlər də aparıla bilər. Eyni zamanda, nəcisdə pankreas elastazası (kəmiyyət təyini) pasiyentin mədəaltı vəzinin həzm fermentlərinin istehsalı baxımından nə qədər aktiv olduğunu müəyyən etməyə imkan verir ki, bu da xəstəliyin diaqnostikası baxımında əhəmiyyətli testlərdəndir.
Tənəffüs problemləri və ağciyər zədələnmə dərəcəsini qiymətləndirmək üçün ağciyərlərin rentgen müayinəsi, spirometriya, ağciyərlərin, burun ətrafı ciblərin kompüter tomoqrafiyası,mədəaltı vəz və bağırsaqların müayinəsi üçün qarın boşluğu orqanlarının USM müayinəsi və qarın boşluğu üzvlərinin kompüter tomoqrafiyası, eləcə də tibbi göstəriş əsasında laborator analizlər və digər müayinələr həkim təyinatına uyğun olaraq icbari tibbi sığorta təminatı ilə həyata keçirilir.
Kistoz-fibroz diaqnozu qoyulan pasiyentlər ixtisaslaşmış tibb müəssisələrində stasionar terapevtik müalicəyə cəlbolunurlar.Bu xəstələr üçün antibiotik terapiya, fizioterapiya, vitamin dəstəyi və bəlğəm durulaşdırıcı preparatlar stasionar terapevtik müalicə zamanı icbari tibbi sığorta çərçivəsində təmin edilir.
Bu tibbi xidmətlərdən yararlanmaq üçün vətəndaşlar ilkin olaraq ailə həkiminə və ya pediatra müraciət etməlidir. İcbari tibbi sığorta təminatına daxil olan bu xidmətlər TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin elmi-tədqiqat institutlarındaicra edilir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654