Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
04 İyun 2026, Cümə axşamı, 03:27
Əlaqə vasitələri
Bizimlə əlaqə
Hemostaz, qan Laxtalanması və qanaxmalar - Diaqnostik və terapevtik yanaşmalar
14 Mart 2025
510

Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzində həkim-rezident Ülkər Abdullayevanın təqdimatında “Hemostaz, qan laxtalanması, koaquloqramma, qanaxmalara qarşı yanaşma” mövzusunda elmi-praktik seminar keçirilib. Tədbirdə müxtəlif tibb müəssisələrinin hematoloq, transfuzioloq və digər ixtisaslı mütəxəssisləri iştirak ediblər.

 

Azmedinfo.az xəbər verir ki, seminar zamanı hemostaz sisteminin fiziologiyası, patoloji halları, koaquloqramma analizlərinin aparılması və onların klinik praktikada tətbiqi barədə geniş məlumat verilib. 

 

Seminarda qanaxmaların səbəbləri, onların erkən aşkarlanması və idarə olunması ilə bağlı müasir protokollar müzakirə edilib. Xüsusilə, hemofiliya və digər irsi qan xəstəliklərinin diaqnostikası və müalicəsinə dair yeniliklər barədə təqdimat edilib. Həkimlər praktiki nümunələr üzərində işləyərək, koaquloqramma analizlərinin klinik interpretasiyası və müalicə protokolları barədə təcrübələrini bölüşüblər.

 

Seminar interaktiv müzakirələrlə davam edib və iştirakçılar müvafiq suallarını ünvanlayaraq mövzu ilə bağlı fikir mübadiləsi aparıblar. 

Ən çox oxunanlar