Böyrək Sağlamlığı Həftəsi - İctimai sağlamlıq və maarifləndirmə təşəbbüsü
14 Mart 2025
596
Ümumdünya Böyrək Gününə həsr olunmuş “Böyrək sağlamlığı həftəsi” layihəsi çərçivəsində 1000-ə yaxın vətəndaşa 4200-ə yaxın tibbi xidmət göstərilib.
Azmedinfo.az xəbər verir ki, layihənin icrası zamanı bölgə həkimləri üçün böyrək xəstəliklərinin diaqnostikası və müalicəsinə müasir yanaşma mövzusunda seminar keçirilib.
Layihədə uğurla iştirak edən həkim-mütəxəssislər TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun adından təşəkkürnamə ilə təltif ediliblər.
TƏBİB-in təşkilatçılığı və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə “TƏBİB-in İxtisas gündəliyi 2025” proqramı çərçivəsində Ümumdünya Böyrək Gününə həsr olunmuş “Böyrək sağlamlığı həftəsi” layihəsi icra edilib. Layihə çərçivəsində Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının vətəndaşları üçün tibbi xidmətlər təşkil olunub.
Qəbələ Rayon Mərkəzi Xəstəxanasında bölgə əhalisinə, o cümlədən müxtəlif sosial qruplardan olan vətəndaşlara paytaxtdan dəvət olunmuş uzman və ixtisaslı həkimlər tərəfindən tibbi xidmətlər göstərilib.
11-12 mart tarixlərində baş tutan tibbi müayinələrdə iştirak edən tibbi heyət Bakı şəhərində fəaliyyət göstərən ixtisaslı tibb müəssisələri – Respublika Kliniki Uroloji Xəstəxanası, Respublika Pediatriya Mərkəzi, Sabunçu Tibb Mərkəzi, Respublika Endokrinoloji Mərkəzi, həmçinin Sumqayıt Tibb Mərkəzi və Abşeron Rayon Mərkəzi Xəstəxanasının həkimlərindən ibarət olub.
Ümumilikdə 967 vətəndaşa nefroloq, uroloq, ginekoloq, endokrinoloq, terapevt və pediatrlar tərəfindən 4183 tibbi xidmət göstərilib.
Qeyd edək ki, layihə çərçivəsində bölgədə yaşayan həssas əhali qrupuna daxil olan müharibə iştirakçıları və şəhid ailələrinin üzvləri də tibbi müayinələrə cəlb olunub.
Həkim-mütəxəssislər vətəndaşlara zəruri tibbi məsləhətlər verib və ətraflı müayinə üçün müvafiq tibb müəssisələrinə yönləndiriblər.
Həmçinin layihə çərçivəsində seminar və tibbi maarifləndirmə tədbirləri keçirilib.
“TƏBİB-in ixtisas gündəliyi 2025” proqramının “Böyrək sağlamlığı həftəsi” layihəsi çərçivəsində Qəbələ Rayon Mərkəzi Xəstəxanasında Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon mərkəzi xəstəxanalarının həkimləri üçün böyrək xəstəliklərinin diaqnostikası və müalicəsinə müasir yanaşma mövzusunda seminar keçirilib.
Tədbirin açılışı Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktoru Ceyhun Əhmədov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Şəki filialının rəhbəri Laçın İbrahimxəlilov və “Böyrək sağlamlığı həftəsi” layihəsinin rəhbəri Aygün Quluzadənin çıxışları ilə baş tutub.
Seminar paytaxtda yerləşən tibb müəssisələrində fəaliyyət göstərən müxtəlif ixtisaslı həkim-mütəxəssislərin çıxışları ilə davam edib.
Həkim-mütəxəssislər təltif edilib
Sonda layihədə uğurla iştirak edən həkim-mütəxəssislər TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun adından təşəkkürnamə ilə təltif ediliblər.
“Böyrək sağlamlığı həftəsi” layihəsi çərçivəsində müayinə və müalicələrin təyin olunması tədbirləri ilə yanaşı, vətəndaşların maarifləndirilməsi üçün söhbətlər aparılıb, xəstəliklərin ağırlaşmalarının qarşısının alınmasında erkən diaqnostikanın önəmi vurğulanıb.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654