Azərbaycanda vərəmlə mübarizə - Nailiyyətlər, çağırışlar və gələcək strategiyalar
18 Mart 2025
506
Vərəmlə Mübarizə üzrə Ölkə Əlaqələndirmə Komissiyasının (ÖƏK) martın 17-də “Azərbaycanda vərəmlə mübarizə sahəsində görülən işlər: nailiyyətlər, problemlər və gələcəyə baxış̧” mövzusuna həsr olunan növbədənkənar geniş iclası keçirilib.
Azmedinfo.az xəbər verir ki, tədbirdə Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, TƏBİB-in rəhbərliyi, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), Qlobal Fondun, qeyri-hökumət təşkilatlarının nümayəndələri, habelə yerli və beynəlxalq ekspertlər iştirak ediblər.
İclasda açılış nitqi ilə çıxış edən səhiyyə naziri, Ölkə Əlaqələndirmə Komissiyasının sədri Teymur Musayev vərəmlə mübarizənin qlobal məsələ olduğunu bildirib. Teymur Musayev qeyd edib ki, “Vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu 2000-ci ildə qəbul olunub. Həmçinin 2023-cü ildə Səhiyyə Nazirliyinin dəvəti ilə tanınmış beynəlxalq ekspertlər tərəfindən Azərbaycanda vərəmlə mübarizə sahəsində həyata keçirilən tədbirlərin qiymətləndirməsinin aparılması diqqətə çatdırılıb.
Tədbirin mahiyyətini vurğulayan səhiyyə naziri bildirib ki, ölkədə vərəmlə mübarizə sahəsində həyata keçirilən addımlar, əldə olunan nailiyyətlər və mövcud problemlərin müzakirəsi, eyni zamanda qlobal və regional çağırışlar nəzərə alınaraq, gələcək strategiyalar iclasın nəticəsi kimi müəyyən ediləcək.
Öz çıxışlarında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov vərəmə qarşı aparılan profilaktik tədbirlərin, dərmana davamlı vərəmlə mübarizənin, infeksiyanın erkən aşkarlanması və müasir müalicə üsullarının, risk qrupları arasında maarifləndirmə işlərinin və qlobal təcrübələrin ölkəmizdə tətbiqinin vacibliyini vurğulayıblar.
Ölkə Əlaqələndirmə Komissiyasının növbədənkənar geniş iclasında Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundovanın “Azərbaycanda vərəmlə bağlı cari vəziyyət”, TƏBİB-in Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanovun “Vərəmlə mübarizə sahəsində TƏBİB-in gördüyü işlər”, ÜST-nin Avropa Regional Bürosunun Vərəm üzrə regional meneceri Askar Yedilbayevin “Vərəmlə mübarizə sahəsində ÜST Avropa regionunda olan cari vəziyyət” mövzularında təqdimatları, həmçinin Səhiyyə siyasəti və islahatları sahəsində ÜST-nin beynəlxalq eksperti Akaki Zoidzenin “Azərbaycanda vərəmlə mübarizə fəaliyyətinin qiymətləndirilməsinin hesabatı” dinlənilib.
Tədbirin sonunda müvafiq tövsiyələr qəbul edilib və gələcək fəaliyyət planı müəyyənləşdirilib. Qərara alınıb ki, Milli Vərəm Proqramının (MVP) idarəçiliyi və təkmilləşdirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən aparılsın. Eyni zamanda vərəmlə mübarizədə iştirak edən digər əsas maraqlı tərəflərlə əlaqələndirmə ilə bağlı Azərbaycanda vərəmə nəzarətin idarə edilməsi və əlaqələndirilməsi üzrə mövcud mexanizmlərin qiymətləndirilməsi tövsiyə olunub.
İclasda vərəmli xəstələrə yardımın göstərilməsi sahəsində sistem miqyasında əldə olunan nailiyyətlər və əməliyyat çətinlikləri haqqında dəyərli məlumatlar verilib. Eyni zamanda vərəmlə mübarizə xidmətlərinin ilkin səhiyyə sistemi ilə əlaqələndirilməsinin və inteqrasiyasının təkmilləşdirilməsinin məqsədəuyğunluğu nəzərdən keçirilib. Səhiyyə Nazirliyinin vərəmlə mübarizə tədbirlərinin gücləndirilməsi və əhalinin sağlamlığının yaxşılaşdırılması üzrə strateji prioritetləri müəyyən edilib.
Təqdimatlardan sonra iclasın nəticələrinin yekun xülasəsi ilə çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov qeyd edib ki, tədbirdə səsləndirilən fikir və təkliflər vərəmlə mübarizədə gələcək fəaliyyətlərdə öz töhfəsini verəcək.
Qeyd edək ki, Vərəmlə Mübarizə üzrə Çoxsahəli Əməkdaşlıq və Hesabatlılıq Mexanizminin yaradılması nəzərdə tutulub. Belə ki, Əməkdaşlıq və Hesabatlılıq Mexanizmində BMT-nin 2030-cu ilə qədər vərəmə son qoyulması üzrə Yüksək Səviyyəli İclasının Bəyannaməsində müəyyən edilən məqsədlərin və meyarların həyata keçirilməsini dəstəkləmək məqsədilə 2026-2030-cu illəri əhatə edən vərəmə son qoymaq üçün Milli Strateji Planın və 2026-2027-ci illər üçün nəzərdə tutulan əməliyyat planının hazırlaması nəzərdə tutulub. Həmçinin sənəd 2026-2030-cu illər üçün Vərəmlə Mübarizə üzrə Milli Strateji Planın qəbulundan əvvəl və sonra vərəmə cavab vermək üçün səhiyyə sektorunda və ondan kənarda idarələrarası fəaliyyət üçün ümumi əlaqələndirmə çərçivəsinin təmin edilməsi, habelə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu Milli Vərəm Proqramı (MVP) üzrə əlaqələndirici orqan kimi rolunun müəyyən edilməsi kimi məsələləri özündə ehtiva edir.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654